Baş Prokurorluğun Feysbuk səhifəsi təsdiqləndi

Baş Prokurorluğun Feysbuk səhifəsi təsdiqləndi
Hazırda sosial şəbəkələr informasiya mübadiləsində ən önəmli vasitələrdən birinə çevrilib.

Sfera.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidməti tərəfindən prokurorluq orqanlarının fəaliyyətinə dair məlumatların operativ şəkildə əhaliyə, o cümlədən kütləvi informasiya vasitələrinə çatdırılmasını təmin etmək üçün facebook, instagram, twitter, youtube, telegram və linkedin sosial şəbəkələrindən istifadə olunur.

Noyabrın 26-da isə Azərbaycan Respublikasının Baş Prokurorluğunun "Facebook" səhifəsi – (link: //www.facebook.com/prokurorluq/) rəsmi olaraq mavi nişan vasitəsi ilə təsdiqlənib.

"Verified Page”, yəni təsdiqlənmiş səhifə mənasını bildirən mavi nişanın köməyi ilə orijinal səhifənin saxta səhifələrdən ayırd edilməsidir.

Məsələ ilə bağlı Baş Prokurorluğunun Mətbuat xidməti ilə əlaqə saxlayan zaman qurumdan "Facebook" səhifəsinin rəsmi olaraq mavi nişan vasitəsi ilə təsdiqlənməsinə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən yardım olunduğu bildirildi.

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...