No Image
No Image

Baş prokuror Erkan Özoral ilə görüşdü

Baş prokuror Erkan Özoral ilə görüşdü
Baş prokuror Kamran Əliyev Türkiyə Respublikasının ölkəmizdəki səfiri Erkan Özoralla diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.

Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Dost və qardaş ölkələrimiz arasında bugün bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, hüquqi əlaqələrin ən yüksək səviyyədə olması məmnunluqla vurğulanıb.

Baş prokuror bildirib ki, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələri strateji əməkdaşlıq səviyyəsində olmaqla dünya ölkələrinə nümunədir.

Kamran Əliyev edib ki, 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsinin ilk anlarından Türkiyə Respublikasının rəhbərliyi və xalqı ölkəmizə öz siyasi və mənəvi dəstəklərini nümayiş etdirməklə bir millət, iki dövlət olduğumuzu bir daha bütün dünyaya nümayiş etdirib.

İkitərəfli münasibətlərimizin möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirən Baş prokuror gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Səmimi qəbula və xoş sözlərə görə təşəkkürünü ifadə edən səfir Erkan Özoral bundan sonrakı fəaliyyətində də ikitərəfli əlaqələrin genişlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Könül Nurullayeva: “Türk dünyasına qarşı aparılan dezinformasiya kampaniyasını birgə əməkdaşlıqla zərərsizləşdirmək mümkündür”

"Türk dünyasına qarşı aparılan dezinformasiya kampaniyasını zərərsizləşdirmək istiqamətində səylər birləşdirilməlidir". Sfera.az xəbər verir ki, bunu ...

Peter Sztaray Gəncədə erməni terrorundan danışdı

Gəncədə mülki əhaliyə qarşı edilmiş erməni terrorunun ürəkağrısı ilə şahidi oldum və baş verənlər təəssüf doğurur. Sfera.az xəbər verir ki, bunu jurnalist...

Ceyhun Bayramov dəyirmi masada iştirak edib

Xarici işlər naziri Ceyhun Bayramov ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə "Cənubi Qafqaz üçün yeni baxış - m...

Ərdoğan: “Rusiya və Ukrayna arasındakı ziddiyyətlərin tezliklə sülh yolu ilə həllini istəyirik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Rusiya ilə Ukrayna arasındakı fikir ayrılıqlarının tez bir zamanda sülh yolu ilə həllini arzuladığını bəyan ed...

Bu əmri verənlər məsuliyyət daşıyırlar - Hacıyev

Ermənistanda Gəncəyə raket zərbələri endirməsi əmirini verən insanlar müharibə cinayətlərinə görə məsuliyyət daşıyırlar. Sfera.az xəbər verir ki, bunu Tür...

Fahrettin Altun: Ağdamda gördüklərimiz bənzəri olmayan bir barbarlıqdır - VİDEO

"Bu torpaqlara gələrkən Qarabağ zəfərinin necə böyük bir zəfər olduğunu bir daha açıq şəkildə anlamış olduq. Bunu ürəkdən hiss etdik. Bu müharibə müddətində şəh...