Baş nazirə sui-qəsd təşkil edən türkiyəli gənc saxlanılıb

Baş nazirə sui-qəsd təşkil edən türkiyəli gənc saxlanılıb
Hollandiya polisi baş nazir Mark Rutteyə sui-qəsd hazırlayan 22 yaşlı türkiyəli gənci həbs edib.

Sfera.az xəbər verir ki, hökumət üzvlərini hədəf alan mesajlar paylaşdığı bildirilən Yavuz O. adlı şübhəlinin gələn həftə Lahey məhkəməsinə çıxarılacağı gözlənilir.

Hollandiya kralının və hökumət üzvlərinin Telegram qrupundakı şəklini şərh edən Yavuz O. Adlı şəxsin : "Hollandiya həqiqətən də onların sayəsində məhv edildi. Hamısını məhv ertmək üçün pəncərəni aç, silahını çək və vur ", yazdığı bildirilib.

Gələn həftə Lahey məhkəməsinə gəlməsi gözlənilən türkiyəli gəncin "təhdid, terrora təhrik və Baş nazir də daxil olmaqla bir və ya bir neçə siyasətçiyə hücum etməyə hazırlaşmaqda" ittiham olunacağı deyilib.

Baş nazir Ruttenin mühafizəsi isə keçən ay mütəşəkkil cinayət sindikatlarından gələn təhdidlər səbəbiylə gücləndirilib.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR