Baş nazir yeni qərar imzaladı

Baş nazir yeni qərar imzaladı
 Baş Nazir Əli Əsədov "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Sfera.az xəbər verir ki, qərada deyilir:

"Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yoluxucu, parazitar və kütləvi qeyri- yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

  • 1.1.6-cı bəndin birinci cümləsində "göndərməlidirlər” sözü "göndərməli və ya "E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər” sözləri ilə əvəz edilsin və həmin cümləyə "məlumatlar” sözündən sonra "və "E-Təbib” mobil tətbiqindən istifadə” sözləri əlavəedilsin.
  • 2.Aşağıdakı məzmunda 1.7-1-ci bənd əlavəedilsin:

2

"1.7-1. "E-Təbib” mobil tətbiqində icazələrin alınması aşağıdakı

qaydada həyata keçirilir:

1.7-1.1.tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir;

1.7-1.2. mobil nömrə daxil edilərkən, həmin nömrəyə geri gələn "OTP” kodu daxiledilir;

1.7-1.3. giriş etdikdən sonra "lisenziya razılaşma” bölməsinə daxil olunur, razılaşdıqdan sonra "təsdiq edirəm” düyməsi sıxılır;

1.7-1.4. "Bluetooth” və "GPS” sistemi işlək vəziyyətə gətirilir:

  • 1.açılan əsas səhifədə "icazələr” bölməsinə keçdedilir;
  • 2.tələb olunan "FİN” kodu və doğum tarixi daxiledilir;
  • 3.icazənin növü seçilir (1 və ya2);
  • 4."Göndər” düyməsisıxılır;

1.7-1.5. "Təsdiq” və ya "İmtina” mesajı gələnə kimi gözləmə mesajı ekranda görünür;

1.7-1.6. "Təsdiq” mesajı gəldikdən sonra icazə alınmış sayılır.”.

  • 3.1.8-ci bəndin birinci cümləsinə "SMS-məlumatda” sözlə- rindən sonra "və ya E-Təbib” mobil tətbiqində” sözləri əlavəedilsin.
  • 4.1.9-cu bəndin birinci cümləsinə "göndərilməsi” sözündən sonra "və ya "E-Təbib” mobil tətbiqi vasitəsilə icazənin alınması” sözləri və ikinci cümləsinə "göndərilmədən” sözündən sonra "və ya "E-Təbib” mobil tətbiqi vasitəsilə icazə almadan” sözləri əlavə edilsin.
  • 5.1.10-cu bənddə "və SMS göndərilməsi” sözləri ", SMS göndərilməsi və "E-Təbib” mobil tətbiqindən istifadə” sözləri ilə əvəz edilsin.
  • 6.4-cü hissəyə "SMS sistemi” sözlərindən sonra "və ya "E-Təbib” mobil tətbiqi” sözləri əlavəedilsin.
  • 7.6-cı hissə aşağıdakı redaksiyada verilsin: "6. Müəyyən edilsinki:
  • 6.1.Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır;
  • 6.2.bu Qərarın 6.1-ci bəndində nəzərdə tutulan iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən dən çoxolmamalıdır;

3

  • 6.3."Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsinisaxlayır.”.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...