Baş nazir: \"Xəzər regionu ölkələri arasında əməkdaşlıq əhəmiyyətlidir\" - VİDEO

Baş nazir: \

"Xəzər regionu ölkələri arasında əməkdaşlıq böyük əhəmiyyət kəsb edir”. 

Sfera.az xəbər verir ki, report-un Davosa ezam olunmuş müxbiri xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri Giorgi Qaxariya İsveçrənin Davos şəhərində Böyük İqtisadi Forum çərçivəsində keçirilən "Xəzər Həftəsi: Qlobal İdeyalar Platforması"nda çıxışı zamanı söyləyib.

Baş nazir Gürcüstanın regiondakı mövqeyindən danışıb: "Biz hesab edirik ki, ölkəmiz Xəzər regionuna açılan qapıdır. Bu bizim üçün böyük əhəmiyyət daşıyan bir faktordur. Biz hesab edirik ki, ölkəmiz Avropa İttifaqı, Türkiyə, Çin və digər bu kimi iqtisadiyyatların ticarət məkanı üçün platforma rolunu oynaya bilər. Gürcüstan əhəmiyyətli mövqeyə malikdir. Biz bu resursdan vətəndaşların mənafeyi naminə necə yararlanmaq üzərində düşünürük. Bu məsələ Gürcüstan hökumətinin diqqətindədir".

G.Qaxariya əlaqəli şəkildə fəaliyyət göstərməyin əhəmiyyətinə də toxunub: "Əlaqələrin qurulması bizim üçün böyük əhəmiyyət daşıyır. Bunun üçün biz burda, Davosdayıq. Burdayıq ki, regionumuzda, Gürcüstanda və Xəzər regionunda əlaqələrdən danışaq."

Baş nazir Xəzər regionunda əməkdaşlığın vacib olduğunu deyib: "Xəzər regionu ölkələri arasında əməkdaşlıq əhəmiyyətlidir. Bu tədbir də bizim birgə fəaliyyətimizin bir hissəsidir. Mən fəxr hissi keçiriəm ki, bu gün burdayam və ölkəm bu regiona daxildir", - G.Qaxariya bildirib.



OXŞAR XƏBƏRLƏR

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. &nb...

"Bu, Rusiya üçün təhlükədir" - Rəsmi Moskvadan Polşaya SƏRT MESAJ

“NATO-nun Polşadakı nüvə obyektləri Rusiya üçün qanuni hədəfə çevriləcək”.   Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası xarici işlər...

Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək kimi möhkəm təmələ əsaslanır

Ümummilli Lider, dahi rəhbər Heydər Əliyev hələ Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində işlədiyi müddətdə bütün S...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

AQTA COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar AŞKARLADI

COP29 konfransının keçirilməsi ilə əlaqədar ölkəyə xeyli sayda xarici qonaqların gəlməsi nəzərə alınaraq, tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz...

Sabah 30 dərəcə isti OLACAQ

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...