Baş nazir koronavirusla bağlı qərar imzaladı - YENİ QAYDA

Baş nazir koronavirusla bağlı qərar imzaladı - YENİ QAYDA
Nazirlər Kabineti "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edib.

Sfera.az xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar "Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunun 25-ci maddəsinə və "Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq verilib.

Qərara əsasən, xəstəliyə yoluxma riskinin azaldılması məqsədilə hava gəmisində olan sərnişinlərə profilaktik sanitar-gigiyena tədbirləri (əl gigiyenası, fiziki məsafə (bundan sonra – məsafə), tənəffüs gigiyenası və digər profilaktik tədbirlər) barədə məlumat verilir, habelə hava gəmisində ümumi istifadədə olan səthlər mütəmadi təmizlənəcək və dezinfeksiya ediləcək.

Azərbaycandan yola düşən, uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair PCR testindən keçən və nəticəsi neqativ olan sərnişinlər bu barədə arayışı təqdim etməklə uçuşa buraxılırlar. Belə müayinə xərcləri sərnişinlərin özləri tərəfindən ödənilir. Ölkədaxili uçuşlarda Azərbaycan Respublikasının vətəndaşları üçün bu müayinələr ödənişsiz əsaslarla aparılır.

Azərbaycana uçuşlar icra edən bütün aviadaşıyıcılar:

- uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair PCR testindən keçən, nəticələri neqativ olan sərnişinləri reysə qəbul edirlər;

- reysə qeydiyyat zamanı sərnişinlərin (tranzit və transfer sərnişinlər daxil olmaqla) arayışlarının yoxlanılmasını təmin edirlər;

- hava gəmisində bütün sərnişinlərə "Özünütəcrid barədə bəyannamə”nin paylanmasını təmin edirlər və Azərbaycana gəldikdən sonra pasport nəzarətindən keçərkən həmin Bəyannamənin doldurulmasının və təqdim edilməsinin zəruriliyi barədə məlumat verirlər.

Sərhəd nəzarətindən keçərkən arayışı bu qaydaların 2.1.3-cü yarımbəndinin tələblərinə cavab verməyən Azərbaycan vətəndaşları iki həftə müddətinə karantinə alınır, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılır.

Arayışın elektron qaydada yoxlanılması məqsədilə arayışda elektron təsdiq atributları (QR-kod, eyniləşdirmə nömrəsi və s.) olan şəxslərin müvafiq yoxlanış yerlərindən sürətli keçidi təmin edilir. Aviaşirkətlərin bütün reyslərində əl yükünün daşınmasına icazə verilmir.

Aviaşirkətin qaydalarına əsasən yalnız aşağıdakı şəxsi istifadə əşyalarının əl yükü kimi daşınmasına yol verilir:

- qadın əl çantası və ya kişi portfeli;

- ölçüləri 30x35x10 sm-dən böyük olmayan foto/videokamera;

- portativ kompüter çantası (çantalar yalnız təyinatı üzrə istifadə edilməlidir);

- üst geyimi, palto və ya plaş, portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir);

- gül dəstəsi;

- uşaqlarla uçuş zamanı uşaq yeməyi və uşaq yol beşiyi;

- çətir;

- uçuş zamanı oxumaq üçün qəzet, jurnal və digər materiallar;

Ev heyvanlarının daşınmasını tənzimləyən müvafiq qaydalara riayət etməklə ev heyvanlarının daşınmasına icazə verilir.

Epidemioloji vəziyyətlə əlaqədar sərnişinlərin və ekipaj üzvlərinin sağlamlığı üçün təhlükənin minimuma endirilməsi məqsədilə hava gəmisində davranış qaydaları haqqında sərnişinlərə məlumat məsafədən audio, video və s. vasitəsilə verilir. Sərnişinlər terminal binasına daxil olduqda, tibb işçiləri xüsusi avadanlıq vasitəsilə onların hərarətini ölçür və lazım olduqda xüsusi testləşdirmə aparılır.

Sərhəd nəzarəti zamanı sərhəd nəzarəti orqanı sərnişinlərdə arayışların mövcud olmasını və bu Qaydaların 2.1.3-cü yarımbəndinin tələblərinə uyğunluğunu yoxlayır, həmçinin onlar tərəfindən doldurulmuş Bəyannamələri toplayır.

OXŞAR XƏBƏRLƏR

"Bu, Rusiya üçün təhlükədir" - Rəsmi Moskvadan Polşaya SƏRT MESAJ

“NATO-nun Polşadakı nüvə obyektləri Rusiya üçün qanuni hədəfə çevriləcək”.   Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası xarici işlər...

Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək kimi möhkəm təmələ əsaslanır

Ümummilli Lider, dahi rəhbər Heydər Əliyev hələ Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində işlədiyi müddətdə bütün S...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

AQTA COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar AŞKARLADI

COP29 konfransının keçirilməsi ilə əlaqədar ölkəyə xeyli sayda xarici qonaqların gəlməsi nəzərə alınaraq, tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz...

Sabah 30 dərəcə isti OLACAQ

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı açıqlamasını TƏKZİB ETDİ: "Mən elə deməmişəm...” – FOTO

Əməkdar artist Firuzə İbadova özü ilə bağlı yayılmış xəbəri təkzib edib.   Sfera.az xəbər verir ki, o, bu barədə “İnstagram” hesabında mə...