No Image
No Image

Baş nazir karantini pozduğu üçün cərimələndi

Baş nazir karantini pozduğu üçün cərimələndi
Norveçdə ölkənin baş naziri Erna Solberq karantini pozduğu üçün cərimələnib.
 
Sfera.az xəbər verir ki, Erna Solberqin fevral ayında xizək mərkəzlərindən birində 13 nəfərlə eyni masada oturaraq qonaqlıq təşkil etdiyinin görüntüsü ortaya çıxıb. Norveçdə qüvvədə olan koronavirus qadağalarına görə tədbirlərdə 10 nəfərdən çox insan iştirak edə bilməz.

Bu səbəblə istintaqa cəlb olunan baş nazir 20 min Norveç kronu (2352 dollar) məbləğində cəzalandırılıb.

Polis rəsmisi Ole Saeverud məsələ ilə bağlı təşkil olunan mətbuat konfransında normalda bu kimi hallarda cəza verilmədiyini, lakin məhdudiyyətləri pozan şəxsin baş nazir olması səbəbilə belə addım atıldığını diqqətə çatdırıb.  O, "Qanunlar hamı üçün eyni olsa da, hər kəs qanun qarşısında bərabər deyil”, - deyə bildirib.

İnci
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Kremldən Putin-Bayden danışıqları ilə bağlı RƏSMİ AÇIQLAMA

İyunun 16-da  Cenevrədə Rusiya Prezidenti Vladimir Putinlə  amerikalı həmkarı Co Bayden arasında baş tutmuş danışıqları "müsbət” qiymətləndirmək ola...

"Dəstəyi kəssəniz, Avropanın ən güclü ordusunu quracağıq" - Zelenskidən XƏBƏRDARLIQ

Ukrayna Prezidenti Vladimir Zelenski Qərb ölkələrinin Donbasdakı böhranın həlli istiqamətində ölkəsini dəstəkləməyi dayandırmasından danışıb.    Sfe...

Rusiya ilə ABŞ barışdı? – Bayden-Putin görüşünün nəticələri haqda AÇIQLAMA

"Verilən açıqlamalar Bayden-Putin görüşünün "orta” keçdiyi yönündədir. Vaşinqton və Moskva "qırmızı xətləri” keçməmək şərti ilə düşmənçiliyi bir qədər səngitm...

Putinlə Baydenin bir-birinə etdiyi hədiyyələr açıqlandı

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinə büllur heykəlcik və firma günəş eynəyi hədiyyə edib. Sfera.az xəbər verir ki, bu barədə CNN tele...

Bayden Putinlə görüşündən sonra amerikalı jurnalistləri tənqid etdi

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşü barəsində mənfi rəy formalaşdıran Amerika mətbuatını tənqid edib. Sfera.az xəbər verir k...

Sarkisyan: “Ermənistanın 1064 hərbçisi itkin düşüb”

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın ofisi itkin düşən erməni hərbçilərin sayının göstərildiyi sənəd yayımlayıb. "Sputnik Armenia” xəbər verir ki, s...