Baş nazir ali məktəblərə tələbə qəbulu qaydalarını dəyişdi - QƏRAR

Baş nazir ali məktəblərə tələbə qəbulu qaydalarını dəyişdi - QƏRAR
Nazirlər Kabineti "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib. 

Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. 

Dəyişiklik əsasən xüsusi qabiliyyət tələb edən ixtisaslara şamil edilib. 

 

Belə ki, II ixtisas qrupunda beş ixtisas ləğv edilib, dörd yeni ixtisas yaradılıb. 

Beləliklə, Dünya iqtisadiyyatı, Mühasibat uçotu və audit, Sənayenin təşkili və idarə olunması, Kommersiya, Turizm və otelçilik ixtisasları ləğv edilib.  

II ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Beynəlxalq ticarət və logistika, Mühasibat, Turizm bələdçiliyi və Turizm işinin təşkili ixtisasları yer alıb.  

Son dəyişiklikdən sonra II ixtisas qrupuna aşağıdakı 21 ixtisas daxildir: 

 1. Coğrafiya müəllimliyi 

2. Tarix və coğrafiya müəllimliyi 

3. Beynəlxalq münasibətlər 

4. Regionşünaslıq (regionlar üzrə) 

5. Sosiologiya 

6. Beynəlxalq ticarət və logistika 

7. Biznesin idarə edilməsi 

8. Davamlı inkişafın idarə edilməsi 

9. Dövlət və bələdiyyə idarəetməsi 

10. İqtisadiyyat 

11. Maliyyə 

12. Marketinq 

13. Menecment 

14. Mühasibat 

15. Statistika 

16. Coğrafiya 

17. Hidrometeorologiya 

18. İdman menecmenti və kommunikasiya 

19. Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) 

20. Turizm bələdçiliyi 

21. Turizm işinin təşkili 

Bundan əlavə III ixtisas qrupunda da müəyyən dəyişikliklər edilib. 

Qərara əsasən, Məktəbəqədər təlim və tərbiyə, Kitabşünaslıq, Antropologiya, Teatrşünaslıq və Kinoşünaslıq ləğv edilib. Kitabxanaçılıq və informasiya və Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasları müvafiq olaraq Kitabxanaçılıq və informasiya fəaliyyəti və Muzey, arxiv işi və abidələrin qorunması adlandırılıb.

III ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Məktəbəqədər təhsil, İslamşünaslıq və İctimai təhlükəsizlik və idarəetmə ixtisasları yer alıb.  

Beləliklə, son dəyişiklikdən sonra III ixtisas qrupuna aşağıdakı 24 ixtisas daxildir: 

1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi 

2. Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə) 

3. İbtidai sinif müəllimliyi 

4. Korreksiyaedici təlim 

5. Məktəbəqədər təhsil 

6. Tarix müəllimliyi 

7. Təhsildə sosial-psixoloji xidmət 

8. Xarici dil müəllimliyi (dillər üzrə) 

9. Dinşünaslıq 

10. Dövlət və ictimai münasibətlər 

11. Fəlsəfə 

12. Filologiya (dil və ədəbiyyat göstərilməklə) 

13. Hüquqşünaslıq 

14. İslamşünaslıq 

15. Jurnalistika* 

16. Kitabxanaçılıq və informasiya fəaliyyəti - 1 

17. Politologiya 

18. Tarix 

19. Tərcümə (dillər üzrə) 

20. Bədii yaradıcılıq və ekran dramaturgiyası 

21. Muzey, arxiv işi və abidələrin qorunması -1 

22. Sənətşünaslıq (sahələr üzrə) 

23. Sosial iş 

24. İctimai təhlükəsizlik və idarəetmə 

IV ixtisas qrupu da dəyişikliyə məruz qalıb.  

Belə ki, Müalicə işi, Tibbi profilaktika və Həkim yardımçısı ixtisasları siyahıdan çıxarılıb. Baytarlıq və Hərbi həkim işi ixtisasları müvafiq olaraq Baytarlıq təbabəti və Hərbi tibb adlandırılıb.  

IV ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Fizioterapiya və tibbi reabilitasiya, Tibb bacısı işi, İctimai səhiyyə, Tibb və Biotexnologiya ixtisasları yer alıb.  

Beləliklə, son dəyişiklikdən sonra IV ixtisas qrupuna aşağıdakı 20 ixtisas daxildir: 

1. Biologiya müəllimliyi 

2. Kimya müəllimliyi 

3. Kimya və biologiya müəllimliyi 

4. Psixologiya 

5. Biologiya 

6. Ekologiya 

7. Kimya 

8. Bağçılıq və tərəvəzçilik 

9. Baytarlıq təbabəti 

10. Bitki mühafizəsi 

11. Su bioehtiyatları və akvakultura 

12. Bədən tərbiyəsi və idmanda reabilitasiya 

13. Fizioterapiya və tibbi reabilitasiya 

14. Əczaçılıq 

15. Tibb bacısı işi 

16. Hərbi tibb 17. İctimai səhiyyə 

18. Stomatologiya 

19. Tibb 

20.Biotexnologiya 


OXŞAR XƏBƏRLƏR

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...