Baş konsulumuz ermənilərin dağıtdığı türk restoranında - FOTOLAR

Baş konsulumuz ermənilərin dağıtdığı türk restoranında - FOTOLAR
Azərbaycanın Los- Ancelesdəki Baş Konsulluğu erməni icmasının radikal üzvlərinin türklərə məxsus restorana hücum etməsi barədə məlumat yayıb. 

Sfera.az-a daxil olan məlumatda bildirilib ki, 4 noyabr 2020-ci il tarixində axşam radələrində 6-8 nəfərdən ibarət qrup hücum zamanı restoran sahiblərinə xəsarət yetirərək və restoranın əmlakına qarşı vandallıq edərək külli miqdarda ziyan vuraraq, Azərbaycan və Türkiyə əleyhinə təhqiramiz ifadələr səsləndiriblər. Restoranın sahibləri arxa qapıdan qaçaraq cinayətkarlardan xilas ola biliblər. 

Hazırda "Beverli Hils” polisi hadisəni etnik nifrət zəminində törədilən cinayət kimi araşdırır.

 

Türkiyənin Baş konsulu Can Oğuz və bütün türk icması ilə həmrəylik nümayiş etdirmək məqsədilə 5 noyabr tarixində Azərbaycanın Los -Ancelesdəki Baş konsulu Nəsimi Ağayev Azərbaycan icmasının üzvləri ilə birgə hadisə yerində olublar.

Baş konsul Nəsimi Ağayev çıxış edərək, sözügedən nifrət cinayətinin qurbanlarının yalnız türk olduqları üçün bu vəhşi hücuma məruz qaldıqlarını bildirib. O, 2020-ci ilin iyul ayında radikal ermənilər tərəfindən Azərbaycan icmasının üzvlərinə qarşı da nifrət zəminində Los Ancelesdə cinayət törədildiyini xatırladaraq, erməni ekstremistlər tərəfindən hər iki icmaya qarşı törədilən bu kimi cinayətlərin və aqressivliyin son zamanlar artdığını qeyd edib. N.Ağayev, yerli siyasi xadimlər və hüquq-mühafizə orqanlarının azərbaycanlıları və türkləri hədəf alan bu cinayətləri kəskin şəkildə pisləmələrinin, hər iki icmanın təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin görülməsinin və bu kimi halların qarşısını almaq üçün cinayətkarların ən qısa zamanda tapılaraq məsuliyyətə cəlb olunmalarının vacibliyini qeyd edib.

Pakistan icmasının rəhbərlərinin də qatıldığı həmrəylik tədbiri Los Ancelesin FOX, ABC kanalları və digər mətbu orqanlar tərəfindən işıqlandırılıb.


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...