Baş keşiş "David Qareci" monastırındakı vəziyətlə bağlı danışdı

Baş keşiş
"David Qareci” monastırını ziyarət etmək istəyənlər heç bir maneə ilə üzləşmirlər. "Çixituri” monastırı da açıqdır. İstənilən şəxs oranı ziyarət edə bilir”.

ONA-nın Gürcüstan bürosunun verdiyi məlumata görə, "David Qareci” kompleksinin baş keşişi Kirian Oniani "İnterpresnyus”-a açıqlamasında belə deyib. Bildirib ki, ərazidə sərhəd keşikçilərinin sayı da azaldılıb.

"Azərbaycan tərəfi sərhəd keşikçilərinin sayını 6-ya endirib. Bizdə də 6-8 keşikçi var. Ərazidə vəziyyət stabildir. Bununla belə məsələnin həlli vacib olaraq qalır. Problem həll olunmayıb. İndi dövlət səviyyəsində müvafiq komissiya bu məsələni həll etməlidir", - deyə baş keşiş deyib.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR