No image
Dünya

BAŞ İNFEKSİONİST koronavirusun əsas "məqsədi"ni AÇIQLADI: "Yer üzü çoxdan tamamilə boşalar və…"

BAŞ İNFEKSİONİST koronavirusun əsas
 Federal Tibbi-Bioloji Agentliyin (FMBA) yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi Vladimir Nikiforov koronavirus infeksiyasının hədəfləri və yayılma səbəbləri barədə danışıb.

Sfera.az xəbər verir ki, ekspert koronavirusun öldürücü infeksiya olmadığını bildirib.

"Virus çox təhlükəli olsaydı və bizi öldürmək istəsəydi, Yer üzü çoxdan tamamilə boşalar və heç bir canlı qalmazdı. Əlbəttə ki, virus pisdir, amma bəşəriyyəti məhv etmək niyyətində deyil", - deyə Nikiforov Rusiyanın Birinci kanalında yayımlanan "Vladimir Solovyovla axşam" verilişində çıxış edərkən deyib.

İnfeksionist hesab edir ki, COVID-19-un əsas məqsədi repreduksiyadır (çoxalma) və canlı orqanizmlər məhv olduğu halda virus özü də ölür. Nikiforov qeyd edib ki, bütün canlıların bir məqsədi var - ömürlərini uzatmaq. (publika.az)

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930