Baş həkim yayılan video ilə bağlı işdən çıxarılıb? - VİDEO

Baş həkim yayılan video ilə bağlı işdən çıxarılıb? - VİDEO
Sosial şəbəkələrdə Masallı rayonunda mağazadan oğurluq edən şəxsin görüntüləri yayılıb.

Mağazanın müşahidə kamerası tərəfindən qeydə alınan görüntülərdə orta yaşlı kişinin marketdəki rəflərdən birindən məhsulu götürərək cibinə qoyduğu görünür. İddia olunur ki, həmin şəxs Masallı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Rasim Əzizovdur. 

Sfera.az xəbər verir ki, "Qafqazinfo” məsələ ilə bağlı TƏBİB-ə sorğu göndərib. Cavab olaraq bildirilib ki, Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əzizov öz ərizəsi ilə vəzifəsindən azad olunub. Qeyd olunub ki, direktor vəzifəsi İlqar Ramizoğluna həvalə edilib. İ. Ramizoğlu sözügedən xəstəxananın həkim-kardioloqu vəzifəsində çalışıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə bildirilib ki, bu məsələ ilə bağlı sosial şəbəkələrdə yayılan həmin görüntülər araşdırılır. 
 


OXŞAR XƏBƏRLƏR

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...