Baş həkim hakim qarşısına çıxacaq – Ana ölümündə günahlandırılır

Baş həkim hakim qarşısına çıxacaq – Ana ölümündə günahlandırılır

Ana ölümündə günahlandırılan baş həkim yenidən hakim qarşısına çıxarılacaq.

 

 

Sfera.az-ın məlumatına görə, mart ayının 11-də Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə Cinayət Mməcəlləsinin 314.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) və 311 (rüşvət alma) maddələri ilə təqsirləndirilən Şəki şəhər Regional Perinatal Mərkəzin direktor vəzifəsini icra etmiş Saniyə Məmmədovanın məhkəməsinin baxış iclası keçiriləcək. 

Qeyd edək ki, Saniyə Məmmədova Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsi isə 1-ci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra məhkumun müdafiəçisi Rəşid Məhərrəmli Ali Məhkəməyə kassasiya şikayəti verib. 

Xatırladaq ki, 2018-ci il mart ayının 28-də Şəki şəhər Regional Perinatal Mərkəzdə xəstə Məmmədova Türkan İlham qızı qeysəriyyə əməliyyatı zamanı çoxlu qan itirməsi nəticəsində 3 gün sonra dünyasını dəyişib. Belə ki, 1987-ci il təvəllüdlü Türkan Məmmədova mərkəzin direktor vəzifəsini icra edən, eyni zamanda mərkəzin Hamiləliyin patologiyası şöbəsinin müdiri Saniyə Məmmədova tərəfindən əməliyyat olunub. Əməliyyatdan bir müddət sonra xəstədə qanaxma baş verib, əməliyyat zamanı xəstənin damarı zədələnib. Pasiyentin qanaxması dayanmadığına görə yenidən əməliyyata alınıb. Daha sonra Bakıdan həkim briqadası gəlib və xəstə 3-cü dəfə əməliyyat olunub. Ancaq bu əməliyyatın da bir faydası olmayıb. İstintaqla sübut olunub ki, Türkan Məmmədova həkim səhlənkarlığı ucbatından dünyasını dəyişib. Həmçinin müəyyən olunub ki, bu Saniyə Məmmədovanın ölümlə nəticələnən birinci əməliyyat deyil. 

Qeyd olunur ki, Saniyə Məmmədovanın səhvi ucbatından neçə uşaq anasız qalıb. Hətta bir uşaq doğulan zaman bu həkimin səhvindən boynu qırılıb. Onuda bildirək ki, bu Türkan Məmmədovanın 5-ci hamiləliyidir, ikinci doğumdur. Xəstədə kəskin böyrək çatışmazlığıda qeydə alınıb. Baş vermiş ölümlə bağlı araşdırma aparılıb, doğuşa yardım komissiyasının rəyi ilə sübut olunub ki, Saniyə Məmmədova doğuş zamanı səhlənkarlığa yol verib və şübhəli şəxs qismində tutulub. (yeni sabah)

Baş həkim hakim qarşısına çıxacaq – Ana ölümündə günahlandırılır
Baş həkim hakim qarşısına çıxacaq – Ana ölümündə günahlandırılır

OXŞAR XƏBƏRLƏR

“Yeni strateji dövrdə Yelo innovativ bank mövqeyini gücləndirəcək” - MÜSAHİBƏ

Emil müəllim, xoş gördük. Gəlin 2023-cü ilə qısa baxış edək. Ötən ili həm Bankınız, həm də maliyyə sektoru üçün necə dəyərləndirirsiniz?   İlk öncə müs...

Azər Türk Bank daha bir filialını istifadəyə verdi - FOTOLAR

Dövlət bankı Azər Türk Bank özünün xidmət şəbəkəsini genişləndirməkdə davam edir.   Bu gün Bank Sumqayıt şəhərində yeni koseptdə açılan fiz...

Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi BAŞLADI

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb.   Sfera.az xəb...

ABB-nin ATM-lərində YENİLİK!

Ölkəmizin ən böyük xidmət şəbəkəsinə malik banklarından olan ABB öz ATM-lərində yeni proqram təminatının tətbiqinə başlayıb. Bu yenilik ATM-lər vasitəsilə bank ...

"Ermənilərə həmişə türk kömək edib, sülh müqaviləsi bağlanacaq" - Deputat

“2023-cü il dövlət səviyyəsində Heydər Əliyev ili idi. Dünən Moskvada dövlət başçılarının görüşündə Baykal-Amur magistralında rolundan danışıldı, bu da He...

Sosial yardımlar nə vaxt veriləcək? - RƏSMİ AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. ...