Baş gicəllənməsi əleyhinə bunlara ƏMƏL EDİN

Baş gicəllənməsi əleyhinə bunlara ƏMƏL EDİN
 Qulaq, burun, boğaz xəstəlikləri üzrə mütəxəssis həkim Haluk Özkarakaş baş gicəllənməsindən qorunmağın yollarını açıqlayıb.

Sfera.az baş gicəllənməsindən qorunmağın 10 yolunu təqdim edir.

Spirtli içkidən uzaq durun

Spirtli içki yüksək dozada qəbul olunduğu zaman baş gicəllənməsinə səbəb olur. Xüsusilə miqrenə bağlı baş gicəllənmə problemi olanlarda pivə və şərab ağrıları daha da artırır. 

Kofein tərkibli içkiləri azaldın

Yaş artdıqca bədənin su ehtiyatı da azalır. Qəhvə və çayın artıq içilməsi orqanizmdən suyun xaric olunmasına və iç qulaqda su artımına səbəb olur.

Stressdən uzaq qalmağa çalışın

Mümkün olduğu qədər stressdən uzaq durmağa çalışın. Çünki insanın özünü ağır stresslə yükləməsi baş ağrısına və gicəllənməsinə səbəb olur.

Duzdan istifadəni azaldın

Duzdan çox istifadə daxili qulaqda suyun miqdarını artırdığı üçün baş gicəllənməsinə səbəb olur. Konservləşdirilmiş qidalar, tomat, turşu-marinad və paketlənmiş məhsullardan mümkün olduğu qədər az istifadə etmək lazımdır. 

Ani hərəkət etməkdən çəkinin

Başınızı çox ani hərəkətlə sağa və ya sola çevirməyin. Xüsusilə də hərəkətlərə bağlı baş gicəllənməsi olanlar ani hərəkətlərdən ehtiyat etməlidirlər.

Bol su için

Orqanizmdə su və duzun miqdarını tənzimləmək üçün gündə 2 litr su içmək lazımdır. Yay aylarında isə içilən suyun miqdarı 3 litr olmalıdır. 

Asan hərəkətli idman növlərinə üstünlük verin

Hərəkətlərə bağlı baş gicəllənmədən əziyyət çəkirsizsə basketbol, boks kimi idman növlərindən uzaq durmağa çalışın. Yürüyüş kimi asan idman növlərinə üstünlük verin.

Sağlam qidalanın

Gündəlik protein, kalsium və mineral ehtiyaclarınızı qarşılayan qidalara üstünlük verin. Mümkün olduğu qədər təbii qidalardan istifadə edin. Duzsuz çərəzlərdən çəkinməyə çalışın.

Gün eynəyindən istifadə edin

Günəşli havalarda gün eynəyindən istifadə edin. Eyni zamanda ac və yuxusuz qalmamağa da çalışın. Miqreni artıran şokalad, duzlu pendirlər, sosiska, kolbasa kimi qidaları yeməkdən çəkinin.

İnfeksiyalara qarşı diqqətli olun

Son 10 gün içində qripdən sonra baş gicəllənmə probleminiz varsa mütləq həkimə müraciət edin. Çünki yaxşı müalicə edilməmiş orta qulaq infeksiyaları daxili qulağa yayılaraq, labirent deyilən probləmə yol aça bilər. 

Baş gicəllənməsinin 95 faizinə qulaqdakı hər hansısa problem səbəb olur. Qalan 5 faiz isə beyin xəstəliklərinin payına düşür. (ölkə.az)

OXŞAR XƏBƏRLƏR

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...