\"Barselona\"da Pike şoku

\

"Barselona”nın müdafiəçisi Jerar Pike sıradan çıxıb.

 

Sfera.az xəbər verir ki, 34 yaşlı futbolçu İspaniya kubokunun yarımfinal mərhələsində "Sevilya” ilə cavab oyununda (3:0) zədələnib. Sağ dizindən zədə alan futbolçunun müalicə prosesi başlayıb.

 

Onun nə vaxt yaşıl meydanlara qayıdacağı bəlli deyil.

 

Pike ötən ilin noyabrında sağ dizindən zədələnmişdi. O, fevralın ortalarında geri dönmüşdü.


OXŞAR XƏBƏRLƏR