“Barıtımızı quru saxlamalıyıq” – Polkovnikdən Ermənistanın silahlandırılmasına REAKSİYA

“Barıtımızı quru saxlamalıyıq” – Polkovnikdən Ermənistanın silahlandırılmasına REAKSİYA
"Bir neçə gün əvvəl eşitmişəm ki, indi onların müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq istəyirlər, onları modernləşdirmək istəyirlər. Nəyə görə? Kimə qarşı?”

Bunu Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində çıxış edərkən deyib.

Bəs Ermənistan ordusunun canlandırılmasında kimlər maraqlıdır? Belə olduğu halda, bu, Azərbaycan üçün təhlükə vəd edə bilərmi?

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Sfera.az-a bildirib ki, Ermənistan kimi dövlət nə qədər ki bizim qonşumuzdur, Azərbaycana həmişə təhlükə törədə bilər:
 
"Cənubi Qafqazda geosiyasi baxışdan çoxlu problemlər yaratmaq istəyən qüvvələr var və bölgənin stabilliyinə ancaq Cənubi Qafqazda olan dövlətlər maraqlı ola bilərlər. Bəzi dövlətlər isə öz siyasi ambisiyalarına, məqsədlərinə nail olmaq üçün Cənubi Qafqazı münaqişə zonası kimi saxlamaqda maraqlıdır.

Ermənistan xarici güclərin əlində bir alət kimi istifadə oluna biləcək dövlətdir. Bu dövlətə kimin rəhbər gəlməsindən asılı olmayaraq,  onların bir dəsti-xətti var. Ermənistan hər zaman xaricdən idarə olunur, bundan sonra da idarə olunacaqlar. Bu gün də gedən siyasi proseslər onu göstərir ki, onlar məhz xarici qüvvələrdən asılıdırlar. Əlbəttə, Ermənistanı silahlandırmağa maraqlı olanlar var və olacaq. Ölkə başçısı çox yaxşı bildiridi ki, Aprel hadisələrindən sonra da Ermənistanı sürətlə silahlandırma prosesi gedirdi. İyul hadisələrindən sonra da məlumat aldıq ki, ora hərbi təyinatlı yüklər gəlir. İndi də darmadağın edilmiş Ermənistan ordusunu silahlandırmağa davam edən qüvvələr mövcuddur”.

Müsahibimiz vurğulayıb ki, Ermənistanın silahlandırılmasında məqsəd birdir: "Silahların gec-tez hər hansı bir istiqamətdə istifadə edilməsini təmin etmək. Təbii ki, onlar bunu Türkiyə istiqamətində tətbiq edə bilməyəcək. Seçim olaraq Azərbaycan, ya da Gürcüstan qalır. Münaqişə yarada biləcək başqa ölkə yoxdur. Düşünsək ki, Gürcüstan dini eyni olan ölkədir, deməli yalnız Azərbaycan qalır. Bu baxımdan barıtımızı quru saxlamalıyıq. Ölkə başçısı da artıq öz tapşırıqlarını verib, fikrini bildirib. Azərbaycan ordusu bundan sonra da ən müasir silahlarla silahlandırılacaq. O ki qaldı Ermənistana, düşünmürəm ki, onu ən müasir silahlarla təmin edə bilsinlər. Çünki bu, çoxlu vəsait tələb edir. Əsas odur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Bu, nə qədər çətin və güc tələb edən tarixi hədəf idisə, bundan sonra ölkəmizin ərazi bütövlüyünü saxlamaq , hər hansı bir erməni revanşizminin qarşısını almaq da asan tapşırıq deyil”.
 
Ş.Ramaldanov qeyd edib ki, Ermənistanın silahlandırılması haqqında hələ çox məlumatlar alacağıq: "Rusiya Ermənistanı silahlandırırdı ki, Azərbaycan da onlardan silah alsın. Burada iqtisadi faktor da var. Fikrimcə, bundan sonra Azərbaycan öz ordusunu silahlandırmaq üçün bazar axtaracaq. Müharibədən sonra isə biz artıq hansı silahın, hansı sayda alınmalı olduğunu bilirik. Azərbaycan öz ehtiyatını əldən verməməli, güclü ordumuz daha da çevik və professional formalaşdırılmalıdır”.
 
Günay Rəsulqızı
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...