“Barış pınarı” Trampı iki İŞİD-çini Suriyadan çıxarmağa vadar etdi

“Barış pınarı” Trampı iki İŞİD-çini Suriyadan çıxarmağa vadar etdi

ABŞ "Bitlz” kimi tanınan iki İŞİD terrorçusunu Suriyadan çıxarıb.

Sfera.az-ın oxu.az-a istinadla xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Twitter” hesabında yazıb.

O bildirib ki, İŞİD-çilərin çıxarılması Türkiyənin Suriyada başladığı hərbi əməliyyatlarla əlaqədardır.

 

D.Tramp əlavə edib ki, həmin İŞİD-çilər ABŞ-ın nəzarətində olan daha təhlükəsiz yerə aparılıb.

Qeyd edək ki, Türkiyə ötən gündən etibarən Suriyanın şimalında PKK/YPG və İŞİD terrorçularına qarşı "Barış pınarı” adlı hərbi əməliyyatlara başlayıb.

Xatırladaq ki, ötən ilin fevralında Suriyada İŞİD terrorçu qruplaşmasının iki britaniyalı üzvü – 34 yaşlı Aleksanda Koti və 29 yaşlı Əl Şəfi Əl-Şeyx kürd döyüşçüləri tərəfindən ələ keçirilib.

Bu şəxslər İŞİD-in "işgəncə aparatının” azadlıqda olan sonuncu üzvləri idi.

Koti və Əl-Şeyxin də daxil olduğu Londondan olan cəllad dördlüyünə qeyri-rəsmi olaraq İŞİD-in "Bitlz” qrupu adı verilmişdi. "İşgəncə aparatının” rəhbəri Məhəmməd Emvazi 2015-ci ildə Suriyada aviazərbə nəticəsində həlak olub.

İŞİD təbliğat videolarının əksəriyyətində danışan Emvazi girovların başını kəsməzdən əvvəl Qərb hökumətlərinə təhdid dolu ismarıclar göndərirdi.

Qruplaşmanın digər üzvü Eyn Devis isə 2015-ci ildə İstanbulda saxlanılıb.


OXŞAR XƏBƏRLƏR

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...