BANM 10 illik yubileyini qeyd edir

BANM 10 illik yubileyini qeyd edir
Qürur hissi ilə bildiririk ki, Bakı Ali Neft Məktəbi bu il - 29 noyabr tarixində yaranmasının 10 illik yubileyini qeyd edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Bakı Ali Neft Məktəbi Dövlət başçısının "Biz neft kapitalını insan kapitalına çevirməliyik” şüarının bariz nümunəsi olmuşdur.  

Gənc ali təhsil müəssisəsi olmağımıza baxmayaraq, qısa müddətdə böyük nailiyyətlər əldə etmişik. Qazandığımız uğurların paylaşımında Sizin Kütləvi İnformasiya Vasitələrinin də rolu əvəzolunmazdır. Bu müddətdə uğurlarımızın geniş ictimaiyyətə çatdırılmasında, məlumatlarımızın daha çox yayılmasında, tədbirlərimizin işıqlandırılmasında bizə dəstək olmusunuz. Bizim əzmkarlığımız, sizin isə dəstəyiniz sayəsində BANM yaranmasının məqsədlərinə xidmət etməyi, cəmiyyətin və ən əsası gənclərimizin gözləntilərini doğrultmağı bacarmışdır. Bu yolda bizimlə birgə addımladığınız üçün sizə təşəkkür edirik!  

OXŞAR XƏBƏRLƏR