Bankların etibarını necə qaytarmaq olar?- Ekspert açıqlayır

Bankların etibarını necə qaytarmaq olar?- Ekspert açıqlayır
"Banklar  normal davrana, yeni situasiyaya uyğunlaşıb  vətəndaşa daha keyfiyyətli və ucuz xidmət göstərə bilsələr, insanların onlara güvəni də bərpa oluna bilər”  

Sfera.az-a açıqlamasında bu sözləri problemli kreditlərin həllilə bağlı verilən fərman fonunda əhalinin banklara olan inamının bərpa olunub-olunmayacağına dair sorğumuzu cavablandırarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.
 
Yəni ekspertin fikrincə, hər şey banklardan, onların atacağı addımlardan asılıdır:   

"Əslində problemli kreditlərin ləğvi məsələsi bankların özlərinə ciddi dəstəkdir. Bankların bu fonda likvidliyi artacaq. Kifayət qədər böyük məbləğdə əlavə vəsait daxil olacaq. Problemli aktivlərinin böyük hissəsi silinəcək. Ona görə də bankların bundan sonrakı davranışları əhalinin onlara olan güvəninin artmasına səbəb ola bilər. Yəni problemli kreditlərin həlli fonunda da, əhalinin onlara olan etimadının artması bankların özlərindən asılıdır. Kredit fazilərini aşağı salsalar, müştərilərə göstərilən xidmətin keyfiyyətini yüksəltsələr,  bu zaman bank sektoruna olan güvən yenidən bərpa olunacaq. Nəticədə banklar da ölkə iqtisadiyyatında aktiv rol ala bilərlər. Hələliksə, ölkə iqtisadiyyatında bankların kredit faizlərini yüksək qoymaları səbəbindən ciddi rol oynadıqlarını görmürük. Faizlər çox yüksəkdir, biznes kreditləri qısa müddətə və yüksək faizlər verilir. Biznes kreditinin uzun müddətli və aşağı faizli olmadığı ölkələrdə isə iş yerlərinin yaranması və biznesə dəstək daha da çətinləşir. Ona görə də hər şey bankların davranışından asılı olacaq. Banklar  normal davrana bilsə, yeni situasiyaya uyğunlaşıb,  vətəndaşa daha keyfiyyətli və ucuz xidmət göstərə bilsələr, insanların onlara olan güvəni bərpa oluna bilər”.  
 
Qeyd edək ki, dövlət başçısının problemli kreditlərlə bağlı imzaladığı fərman həm əhalinin, həm də bankların maraqlarına cavab verir. Yəni burada udan tərəf hər ikisidir. Ancaq bir məsələ var ki, sözügedən fərmana qədər insanların banklara etimadı çox aşağı idi. Bankların yüksək kredit faizləri qoyması əhalinin əksəriyyətini onlardan uzaqlaşdırıb. Bu mənada problemli kreditlərin həlli məsələsinin ardınca banklarla əhali arasında güvənin bərpası olduqca vacibdir.
 
ELÇİN


OXŞAR XƏBƏRLƏR

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...