Banklara kredit borcu olanlara ŞAD XƏBƏR - Borclar silinir

Banklara kredit borcu olanlara ŞAD XƏBƏR - Borclar silinir
"Məndən tez-tez soruşurlar: Krediti ödəyə bilmirəm, amma bank məni məhkəməyə vermir və deyir ki, borcun üstünə faizlər və cərimə gəlir. Necə edim ki, bank məni tezliklə məhkəməyə versin və borcum şişməsin? Cavab verirəm: heç nə etməyin!" 

BiG.AZ xəbər verir ki, bu sözləri bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb.

"Bank sizi ona görə məhkəməyə vermir ki, vəziyyəti ağırdır, işçilərini ixtisar edir, problemli kreditlərinin və məhkəmə proseslərinin sayı çoxdur. Bir sözlə, bankın başı çox qarışıqdır və sadəcə məhkəmə proseslərinin öhdəsindən gəlmir", - mütəxəssis bildirib.

Onun sözlərinə görə, banklar, bir qayda olaraq, hazırda o borcluları məhkəməyə verir ki, kredit üzrə girov var, yaxud borclunun və ya zaminin tutula biləcək əmək haqqısı var: "Digər borcluları bank ona görə məhkəməyə vermir ki, məhkəmə prosesini udsa belə, qərarın icrasız qalacağını başa düşür (vətəndaşlarımız tədricən savadlanır və onlara əvvəlki kimi xox gəlmək çətinləşir!) və vaxt, səy sərf etmək istəmir. Buna görə də rahat olun! Vaxt hər bir halda bankın deyil, borclunun xeyrinə işləyir".

"Böyük ehtimalla, uzağı 1,5 ilə vətəndaşların müflisliyi haqda qanun qəbul ediləcək, borclar silinəcək. Girovu olanlar da narahat olmasın: qoyduqları girovun qiyməti xeyli düşəcək və istəsələr girovu azad edə bilib özlərində saxlaya biləcəklər. Sadəcə dözmək, banklara müqavimət göstərmək lazımdır, xüsusilə məhkəmə proseslərində. Bankların vəziyyəti günü-gündən pisləşir! Buna görə də müqavimət nə qədər çox olsa, bir o qədər bir-birinizə kömək etmiş olacaqsız. Güc birlikdədir!", - Ə. Həsənov vurğulayıb.

O, son olaraq yazıb: "Təbii, heç kəs bank sisteminin çökməsini istəmir. Amma banklar özləri çökmələrini labüd edir, çünki borclulara güzəşt etmir, onların haqlarını pozur və nəticədə kreditləri geri ala bilmirlər. Bir ildən çoxdur ki, onları ağıllı olmağa dəvət edirik, amma tamahları gözlərini tutub. Banklar bizi əhali ilə özləri arasında seçim qarşısında qoyub. Dəfələrlə demişəm: belə seçimdə vicdanı olan hər kəs təbii əhalinin tərəfini tutmalıdır. Hətta əhali içində vəziyyətdən sui-istifadə edənlər də olsa belə…".

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...