No Image
No Image

Banklar əmanət faizlərini endirir

Banklar əmanət faizlərini endirir
Azərbaycanın kommersiya bankları əmanət faizlərini bir qədər də azaldıb. 

Sfera.az bankların açıqladığı məlumatlara əsasən bildirir ki, dollarla qoyulan əmanətlərə illik 0,1-2 faiz, manatla yerləşdirilən əmanətlərə illik 6-11 faiz gəlir hesablanır. Bir-iki ay öncə banklar dollarla olan əmanətlərə eyni faiz dərəcəsi təklif etsə də, manatla olan əmanətlərə 7-12 faiz təklif edirdi. 

Manatla olan əmanətlər üzrə faizlərin endirilməsinə səbəb dollar/manat kursunun sabit olacağına dair inamın güclənməsi və banklarda manatla əmanətlərin həcminin artması hesabına likvidliyin yüksəlməsidir. 

Son aylarda neft qiymətləri 50 dollardan 70 dollar səviyyəsinə qədər artıb. Qiymət artımları Azərbaycanın cari əməliyyatlar balansında və tədiyə balansında profisitin yaranmasına səbəb olub. Neftin bahalaşmasını və məzənnə sabitliyini nəzərə alan əhali manatla yığımları artırır. 

Artan yığımların bir hissəsi banklara yerləşdirildiyindən manatla əmanətlərin həcmində nəzərəçarpacaq müsbət dəyişiklik baş verir. Bunun nəticəsidir ki, 2021-ci ilin mayın 1-nə olan məlumata əsasən, banklarda yerləşdirilən əmanətlərin 50 faizdən çoxu manatla olan əmanətlərin payına düşür. Halbuki, 2016-cı ildə əmanətlərin 20 faizi, 2020-ci ilin mayın 1-də 45 faizi manatla saxlanılırdı. Son məlumata əsasən manatla əmanətlərin payı 51,3 faizə yüksəlib. 

Manatla əmanətlərin artması, ümumən əmanətlərin həcminin artmasına və bununla da banklarda likvidliyin yaranmasına şərait yaranıb. Son bir ildə banklarda əmanətlər 600 milyon manat və ya 7,7 faiz artıb. Amma kredit qoyuluşu birillik dövrdə 100 milyon manat azalaraq 14,612 milyard manata düşüb. 

Əmanətlərdəki artım sürətinin böyük olması banklarda vəsait bolluğu yaradıb və bu, nəticə etibarilə bankların əmanətlərə ehtiyacını azaldıb. 

Qarşıdakı dövrdə əmanət faizlərinin dəyişməsi kredit qoyuluşunun həcmindən və  inflyasiya səviyyəsindən asılı olacaq. Əgər kredit qoyuluşunda artım güclənərsə və inflyasiya yüksələrsə, tələbi cilovlamaq üçün əmanət faizlərinin bir qədər artırılması ehtimalı var. Əks təqdirdə banklarda əmanət faizlərinin bir qədər də azalması mümkündür. 

Vasif
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycan nefti bahalaşdı

Azərbaycan neftinin qiyməti bahalaşıb. Sfera.az xəbər verir ki, "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1.3 faiz artaraq 73.95 dollar təşkil e...

Mikayıl Cabbarov: "Azərbaycanla Rusiya birgə şirkətlər yarada bilər"

Azərbaycanla Rusiya birgə şirkətlər yarada, ortaq layihələr icra edə bilər. Sfera.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov ...

Azərbaycan Rusiya ilə birgə şirkət yaradır

Bu gün Bakıda keçirilən Azərbaycan-Rusiya işgüzar görüşü çərçivəsində iki ölkənin birgə lizinq şirkəti yaratması ilə bağlı Anlaşma Memorandumu imzalanıb. ...

Azərbaycan bu il 900 milyon manata yaxın borc qaytarıb

Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin xərcləri 12 070,8 milyon manat proqnoza qarşı 11 590,5 milyon manat və yaxud 96% icra edilib. Sfera.az Ma...

İlham Əliyev: "İnflyasiya məqbul hesab edilən rəqəmlər ətrafındadır"

İnflyasiya məqbul hesab edilən rəqəmlər ətrafındadır – 4,3 faiz. Hesab edirəm ki, bu da yaxşı nəticədir. Valyuta ehtiyatlarımız artıb. Altı ayda valyuta ehtiyat...

Prezident: "Altı ayın yekunları göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb"

"Altı ayın yekunları göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb. Əgər bu altı ayın hər bir ayının iqtisadi göstəricilərinə nəzər salsaq görər...