Banklar bu səbəbdən dollar satışını dayandırdı - “Elman Rüstəmovun isə vecinə də deyil...”
13:04 / 30.04.2021
3496
"Hazırda
banklara dollar almaq üçün müraciət edən vətəndaşlara limitin Mərkəzi Bank tərəfindən
sıfırlanmadığı və bu səbəbdən şəxsiyyət vəsiqəsilə dollar alışının mümkün
olmadığı bildirilir”.
Sfera.az-ın məlumatına görə, bunu iqtisadçı
Natiq Cəfərli deyib. O xatırladıb ki, ötən ilin əvvəlindən başlayaraq Azərbaycanda
hər bir vətəndaşa şəxsiyyət vəsiqəsilə 20 min manat ekvivalentində (11 min 750
dollar) xarici valyuta satışı həyata keçirilir.
Ekspertin sözlərinə görə, limiti aşan vətəndaşlara
bildirilmişdi ki, 1 il ərzində bu limiti keçənlərə banklar tərəfindən xarici
valyuta satışı həyata keçirilməyəcək, limit yalnız 12 ay başa çatdıqdan sonra
sıfırlanacaq:
"Qanunsuz və məntiqsiz qadağa qoymaları bir
yana, 1 il müddəti bitən vətəndaşların limitini də sıfırlamayıblar. Vətəndaşlar
bundan əziyyət çəkir, Elman Rüstəmovun isə heç vecinə deyil. Belə qadağalar, məhdudiyyətlər
normal bazar iqtisadiyyatı olan ölkələrdə mümkün deyil. Hətta belə qadağaya cəhd
edən ölkə həmən batar - milli valyutası devalvasiyaya uğrayar, investorlar ölkədın
qaçar”.
Günay