Bankın qarşısına elan vuruldu: \"Peyvənd olunmayanların pensiya və yardımları dayandırılacaq\"
14:37 / 05.09.2021
4658
Sosial şəbəkələrdə Ağcabədidə ABB - Azərbaycan Beynəlxalq Bankının qarşısına vurulan elan müzakirələrə səbəb olub.
"COVID-19 əleyhinə peyvənd olunmayan təqaüd, pensiya və ünvanlı sosial yardım alan şəxslərin vəsaiti dayandırılacaq”, - elanda qeyd olunub.
"Qafqazinfo” məsələ barədə ABB-yə sorğu ünvanlayıb. Bankdan bildirilib ki, belə bir tələb yoxdur:
"Bu təşəbbüs Bank tərəfindən olmayıb. Hazırda məsələni aydınlaşdırmağa çalışırıq. Müştərilər hər zamankı qaydada xidmət və məhsullarımızdan yararlana bilərlər”.