\"Bank VTB Azərbaycan”da şöbə rəhbəri təyinatı - DOSYE

\
 

"Amrah Bank" ASC-nin Biznesin inkişafı və marketinq departamentinin direktoru Şəfiqə Hacıyeva (Hüseynova) vəzifəsini tərk edib. 

 

Məlumata görə, o, "Bank VTB Azərbaycan” ASC-nin sənədli əməliyyatlar və ticarətin maliyyələşdirilməsi şöbəsinin rəhbəri təyin olunub.

 

Sfera.az olaraq Şəfiqə Hacıyevanın iş karyerasından bəzi vacib məqamları diqqətinizə çatdırırıq. O, Azərbaycanın digər bankında məsul vəzifədə çalışırdı. Belə ki o, uzun müddət "Amrahbank” ASC-nın Biznesin İnkişafı və Marketinq departamentinin direktoru vəzifəsini uğurla icra edib. Şəfiqə Hacıyeva öz iqtisadçı karyerasına 2005-ci ildən NİKOİL Bank-dakı fəaliyyəti ilə başlayıb. Qeyd edək ki, o, Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə üzrə maqistr, ondan əlavə Azərbaycanın ADA Universitetində və Hollandiyanın biznes məktəbində (Maastricht School of Management) EMBA dərəcələrini alıb. Şəfiqə Hacıyevaya yeni işində uğurlar arzulayırıq.


OXŞAR XƏBƏRLƏR

Von der Leyen: "Putin indi Finlandiyaya fokuslanıb"

"Putin indi Finlandiyaya fokuslanıb". Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş ...

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  Fövqəladə hallar naziri g...

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir” - Fəzail Ağamalı

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir”.      Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü icla...

"Torpaqlarımızın işğalına səbəb olanların xalqa çağırışlar etməyə heç bir haqqı yoxdur" - Azər Badamov

“90-cı illərin əvvəlində xalqın etimadını itirən və ümidlərini puça çıxaran, torpaqlarımızın işğal olunmasına səbəb olanların xalqa çağırışlar etməyə ...

Ötən sutka 23 yanğına çıxış OLDU

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...