Bank Respublika və İnnoland tərəfindən keçirilən “Open Banking Lab” layihəsinə seçimlər başa çatıb
12:37 / 17.10.2019
1948
Bank Respublika və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin ölkəmizdə ilk dəfə olaraq fintex-
startuplar üçün həyata keçirdiyi Akselerasiya və İnkubasiya proqramına seçimlər başa çatıb.
Münsiflər heyətinin qarşısında təqdimat edən 11 startapdan 5-i daha yüksək bal toplayaraq proqramda iştirak
etmək haqqı qazanaraq öz layihələrini reallaşdırmaq şansı əldə ediblər. Bunlar:
PayLink
OnePoint
Fintrack
Dama-Dama
Bankoff
Bununla yanaşı qalib komandaların təsisçiləri 2020-ci ildə Türkiyədə keçiriləcək "Startup Turkey” tədbirində iştirak
edəcəklər.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında , facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə
edə bilərsiniz.