Bank Respublika və Banklar Assosasiyası “Nağdsız cəmiyyətə doğru” mövzusunda müsabiqə elan edir
11:40 / 26.09.2019
1546
Bank Respublika və Azərbaycan Banklar Assosasiyası (ABA) tələbələr arasında ”Nağdsız cəmiyyətə doğru”
mövzusunda "Ən yaxşı məqalə” və "Ən yaxşı video çarx” olmaqla 2 nominasiya üzrə müsabiqə elan edir.
Müsabiqənin keçirilməsində məqsəd - əhalinin nağdsız ödənişlər haqqında məlumatlılığını artırılmaq, bu
sahədə beynəlxalq təcrübənin araşdırılması və stimullaşdırma yollarının öyrənilməsindən ibarətdir.
Müsabiqə aşağıdakı istiqamətləri əhatə etməlidir:
Nağdsız cəmiyyətin formalaşmasının üstün cəhətləri;
Nağdsız cəmiyyətin formalaşmasında əsas amillər hansılardır;
Nağdsız ödənişlərin təşviqinə yönəlmiş kampaniyalar;
Nağdsız ödənişlərin nağd ödənişlərə nisbətdə təhlükəsizliyi;
Nağdsız ödənişlərin iqtisadi əhəmiyyəti
Müsabiqənin şərtləri haqda ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 25.10.2019-cu il tarixinədək öz işlərini
[email protected] ünvanına göndərə bilərlər.
Yazı və videolar peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qaliblər 6-7 noyabr tarixlərində
Bakı şəhərində keçiriləcək "Nağdsız iqtisadiyyat: Dayanıqlı bankçılığa doğru” adlı 4-cü beynəlxalq bankçılıq
forumunda pul mükafatı və diplomlarla mükafatlandırılacaq.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında , facebook səhifəsində və ya 144 nömrəsinə zəng
edərək əldə edə bilərsiniz.