Bank Respublika Prezidentin təşəbbüsünü dəstəklədi!
15:11 / 21.03.2020
2995
Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, korporativ sosial məsuliyyətini dərk edərək, "COVİD-19” pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.
Bank ölkə başçısının təşəbbüsünü dəstəkləməyi özünə borc bilərək, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış "Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 200 000 manat vəsait köçürüb.