Bank Respublika Milli Mətbuat Gününü KİV nümayəndələri ilə birgə qeyd etdi

Bank Respublika Milli Mətbuat Gününü KİV nümayəndələri ilə birgə qeyd etdi

22 iyul – Milli Mətbuat Günü ilə bağlı olaraq Bank Respublika ölkənin aparıcı media nümayəndələri üçün Göygöl rayonuna 2 günlük faydalı media-tur təşkil etdi.

Media-tur Milli mətbuatımızın banisi, görkəmli ədib və mütəfəkkir Həsən bəy Zərdabinin məzarı ziyarət edilməklə başladı. Daha sonra press tur iştirakçıları Göygöl Dövlət Təbiət Qoruğu səyahət edərək orada yerləşən otellərin birində Bankın Korporativ Satışlar Departamentinin əməkdaşları tərəfindən maraqlı və faydalı təlim keçdilər. İnteraktiv keçən təlimdə media nümayəndələri onları maraqlandıran suallara cavab tapa bildilər.

Media-turun ikinci günü iştirakçılar üçün Tərtər rayonunda yerləşən və Bank Respublikanın dəstək verdiyi biznes təsərrüfatlarından biri olan "Patron” günəbaxan tumlarının istehsal olunduğu müəssisəyəekskursiya təşkil olundu. Ekskursiya zamanımüəssisəninəməkdaşları istehsal prosesi barədəjurnalistlərə dolğun məlumat verdilər.

Daha ətraflı məlumatı bankın rəsmiinternet saytında,facebooksəhifəsində vəya 144 nömrəsinə zəng edərək əldə edəbilərsiniz.


 


OXŞAR XƏBƏRLƏR