Bank of Baku Milli KSM Mükafatına layiq görüldü!

Bank of Baku Milli KSM Mükafatına layiq görüldü!
 
Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində keçirdiyi layihələri ilə elmə, təhsilə
xüsusi diqqət ayıraraq cəmiyyətin inkişafına töhfə verən Bank of Baku, "Milli KSM
Mükafatı”na layiq görüldü.
Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) və "Proaktiv” şirkətinin birgə təşkil
etdiyi "Milli KSM Mükafatı 2019” müsabiqəsində "Onlar Sevinsin” layihəsi ilə iştirak edən
Bank of Baku qaliblər sırasında öz yerini aldı.
"Onlar Sevinsin” layihəsi "Milli KSM Mükafatı 2019”un komissiyası tərəfindən BMT-nin
Baş Assambleyasının qəbul etdiyi 17 dayanıqlı inkişaf məqsədlərindən dördüncüsü
Keyfiyyətli təhsil - "Hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etmək və ömür boyu
təhsili təşviq etmək” istiqaməti üzrə qalib seçildi. Müsabiqə qalibləri İqtisadiyyat, Əmək və
Əhalinin Sosial Müdafiəsi, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, "ASAN xidmət”,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Gənclər
Təşkilatları Milli Şurası, o cümlədən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası tərəfindən təyin olunub.
Qeyd edək ki, təhsilə dəstək məqsədilə keçirilən və artıq silsilə xarakteri daşıyan "Onlar
Sevinsin” ilə Bank of Baku yüzlərlə məktəblinin sevincinə səbəb olub. Layihənin ilk ilində
Bank of Baku-nun əməkdaşları Azərbaycanın 3 ucqar dağ kəndinə - Lerikin Andurma,
Qubanın Qalaxudat və Şəkinin Təpəcənnət kəndlərinə, ikinci ilində Azərbaycanın işıq adası,
nur şəhəri sayılan Şirvan şəhərinə, 2019-cu ildə isə Xaçmaz rayonuna və həmin rayonun
Seyidlər və Hacıqurbanova kəndlərinə səfər edərək ümumilikdə 300 nəfərə yaxın məktəblini
sevindiriblər. Növbəti illərdə də keçirilməsi planlaşdırılan layihənin əsas məqsədi, yeni dərs
ilinə hazırlaşan məktəbliləri – ucqar kənd məktəblərində oxuyan aztəminatlı və şəhid
ailələrinin övladlarını, fiziki məhdudiyyəti olan şagirdləri məktəbli çantası və ləvazimatları ilə
təmin etmək və onların təhsilinə dəstək olmaqdır.
Onlar Sevinsin layihəsinin görüntüləri ilə aşağıdan tanış bilərsiniz:
 #OnlarSevinsin 2019 -  //y2u.be/PBF8QqvKILA
 #OnlarSevinsin 2018 -  //y2u.be/LySjfG_bOuw
 #OnlarSevinsin 2017 -  //y2u.be/GNzKEej2Kk8
Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com
www.facebook.com/bankofbaku

OXŞAR XƏBƏRLƏR