Bank of Baku-dan Tələbələrarası İntellekt Olimpiadasına DƏSTƏK!

Bank of Baku-dan Tələbələrarası İntellekt Olimpiadasına DƏSTƏK!
Elmin və biliyin gücünə hər zaman inanan, bank sektorunun akademiyası olaraq tanınan Bank of Baku, "LEAD Education” Təhsil və İnnovasiya Mərkəzi və "YAP Gənclər Birliyi” ilə birgə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə özəl olaraq "Tələbələrarası İntellekt Olimpiadası" layihəsinə start verib.
Bankın baş sponsorluğu ilə bilikli və bacarıqlı tələbələr arasında keçiriləcək olimpiadanın əsas məqsədi, gənclərdə Azərbaycan tarixinə maraq yaratmaq və onlarda tarixi hadisələrə şüurlu və yaradıcı təfəkkürlə yanaşma imkanı verməkdir.
Bakalavr pilləsində təhsil alan tələbələr arasında (sonuncu kurs tələbələri istisna olmaqla) təşkil olunan layihədə iştirak ödənişsizdir. İki mərhələdən ibarət olan olimpiadanın ilk turu – 27 aprel, 4 may və 11 may tarixlərində keçiriləcək. Yüksək nəticə göstərən tələbələr final mərhələsində iştirak hüququ qazanacaq. Final mərhələsində iştirak edən tələbələr müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.
Olimpiadada iştirak etmək istəyən şəxslər, universitetlərdə yaradılmış olimpiada mərkəzlərinə müraciət edə və ya linkə (http://bit.ly/2UxRfm9) daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Layihə haqqında daha ətraflı məlumat almaq istəyən şəxslərin (012)595-05-35, (055)576-05-35, (070)576-05-35 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.
 
Daha ətraflı:
 
145 Məlumat Mərkəzi
www.bankofbaku.com 
www.facebook.com/bankofbaku
 

OXŞAR XƏBƏRLƏR

İyulun 7-də dolların manata qarşı məzənnəsi

  Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb. Mərkəzi Bankdan Sfera.az-a verilən məlumata görə, 07.07.2020-ci il ta...

“Güzəştli kreditlərin illik faiz dərəcəsinin 50 faizi dövlət tərəfindən maliyyələşdiriləcək” - Deputat

  Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin 4 iyun 2020-ci il tarixli fərmanına əsasən, Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kre...

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

  Azərbaycanda qızıl və gümüş ucuzlaşıb. Sfera.az xəbər verir ki, iyulun 6-da qızılın qiyməti iyulun 3-ü ilə müqayisədə 1,7 manat (0,06 faiz) azalaraq 1 ...

Unicapital rəhbərliyində yeni təyinatlar olub

  "Unicapital” İnvestisiya Şirkətinin baş menecerinin qərarı ilə Tələt Kalayev "Unicapital” İnvestisiya Şirkəti ASC-nin biznes və biznesin inkiş...

ADY Konteyner növbəti rekorda imza atıb

  Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Euras...

İyulun 6-da xarici valyutaların manata qarşı məzənnələri

  Azərbaycan Mərkəzi Bankı 6 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan Sfera.az-a verilən məlumata görə, iyulun 6-da olan...