Bank of Baku-dan kompensasiya alacaq müştərilərin diqqətinə!

Bank of Baku-dan kompensasiya alacaq müştərilərin diqqətinə!
Ölkənin aparıcı banklarından olan Bank of Baku, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında imzaladığı fərmanın icrası ilə əlaqədar müştərilərinə müraciət etdi.
Bank bildirdi ki, dollar krediti üzrə kompensasiya alacaq müştərilərə kompensasiya ödənişlərinin veriləcəyi filial və tarix haqqında məlumat SMS və ya zəng vasitəsilə təqdim ediləcək. Bununla da müştərilər banka gələrək vaxt itkisi yaşamadan, növbə üçün əlavə vaxt gözləmədən çox rahatlıqla kompensasiya ödənişlərini əldə edə biləcəklər. 
Telefon nömrəsini dəyişmiş müştərilərə isə Bankın 145 Məlumat Mərkəzinə zəng edərək, yeni əlaqə nömrəsini təqdim etmələri tövsiyyə olunur. 
Müştərilər xarici valyuta kreditləri üzrə hesablanmış kompensasiya məbləği və restrukturizasiya məlumatını Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi portala (//pk.fimsa.az/az/kompensasiya) daxil olaraq əldə edə bilərlər. 
Problemli kreditlərin həlli ilə əlaqədar imzalanmış fərman ilə daha ətraflı məlumatı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının saytına -  //www.fimsa.az daxil olaraq, kompensasiya və ya restrukturizasiya ilə əlaqədar suallarınıza isə Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və Bank of Baku-nun rəsmi veb səhifəsinə - //bit.ly/2DiSE5e daxil olaraq cavab tapa bilərsiniz.

Daha ətraflı:

145 Məlumat Mərkəzi
www.bankofbaku.com  
www.facebook.com/bankofbaku 


OXŞAR XƏBƏRLƏR

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini i...