\"Bank of Baku\" bu ilin I rübünü mənfəətlə başa vurub

\
 

"Bank of Baku" ASC bu ilin I rübünü 2 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki Bank ötən ilin eyni dövründən 7,8 milyon manat zərərlə çıxmışdı.

Sfera.az  xəbər verir ki, yanvar-mart aylarında "Bank of Baku"nun gəlirləri 16,1 milyon manat (illik müqayisədə 35,2% çox), xərcləri 13,1 milyon manat (57% çox), xüsusi ehtiyatlara ayırmaları 81 min manat (99,3% az), mənfəət vergisi ödəmələri isə 950 min manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.

Bu il aprelin 1-nə "Bank of Baku"nun aktivləri 426,3 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 57,5% çoxdur. Bunun 239 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 32,1% böyüyüb.

Hesabat dövründə "Bank of Baku"nun öhdəlikləri 50,9% artaraq 360 milyon manata, o cümlədən depozit portfeli 28,5% artaraq 182,9 milyon manata, balans kapitalı isə 2 dəfə artaraq 66,3 milyon manata çatıb.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,9 milyon manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik, "AFB Bank" ASC-nin isə 99,64%-li səhmdarı), 28,89%-i "Azpetrol" neft şirkətinə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.


OXŞAR XƏBƏRLƏR

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...