"Bank BTB"nin "Sənaye" filialı yeni üslubda təmir edilib

 

"Bank BTB" ASC müştərilərinə daha yüksək xidmətin göstərilməsi məqsədilə "Sənaye" filialını müasir tələblərə və standartlara uyğun şəkildə təmir edib.

Filial Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhimn bəy Haqverdiyev, 577 ünvanında yerləşir, üştəri rahatlığının təmin edilməsi məqsədilə müasir standartlara cavab verən avadanlıqla təmin olunub və vahid korporativ interyer dizaynda istifadəyə verilib.

Bir sözlə, burada ən son texnologiyanın tətbiqi sayəsində müştərilərə əlçatan və yüksək xidmətin göstərilməsi üçün uyğun şərait yaradılıb. Bu, "Bank BTB"nin filial şəbəkəsinin tranformasiyası istiqamətində təmir etdirdiyi növbəti filialdır. 

Xidmətlərimizdən faydalanmaq istəyən fiziki və hüquqi şəxslər, eləcə də fərdi sahibkarlar filialda kassa hesablaşma əməliyyatları, kreditlər, əmanətlər, pul köçürmələri, plastik kartların satışı, qarantiyalar, kommunal ödənişlər, valyuta əməliyyatları daxil olmaqla bütün bank xidmətlərindən rahatlıqla istifadə edə bilərlər. Həmçinin, MİDA xətti ilə güzəştli ipoteka kreditlərinin verilməsi üzrə lider olan Sənaye filialı indi yenilənmiş üslubu ilə müştərilərinə daha rahat və operativ xidmət göstərəcək.

Rəqəmsal tələblərə cavab verən Sənaye filialı həftə içi 5 gün müştərilərin xidmətindədir.

Qeyd edək ki, "Bank BTB" artıq bir çox filialını vahid korporativ interyer dizayn standartları ilə təmin edib və açılacaq yeni filial və şöbələrinə bu üslubu tətbiq etməyi planlaşdırır. 

Xatırladaq ki, Bankın hər hansı məhsul, xidmət və kampaniyaları ilə bağlı sualı olan müştərilər genişlənən xidmət şəbəkəsi ilə yanaşı "Bank BTB"nin onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (//wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Həmçinin, (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı da həftəiçi 5 gün müştərilərin xidmətindədir.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...