Bank “BTB” səhmdarları növbədənkənar yığışacaq
11:44 / 23.10.2019
1942
Bank "BTB” ASC səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı çağırılıb.
Sfera.az xəbər verir ki, 02.12.2019-cu il tarixində Bank "BTB” ASC səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.
Yığıncaq Bankın Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov, 27 ünvanında yerləşən Baş ofisində keçiriləcəkdir.
Yığıncağın gündəliyi ictimaiyyətə açıqlanmır.
3 SƏHMDARI VAR
Bank "BTB” ASC-nin nizamnamə kapitalının 74,99%-i Nigar Mehdiyevaya,19,01%-i Rza Sadiqə və 6%-i Tükəzban Mahmudovaya məxsusdur. (marja)