Bank “BTB” maliyyə nəticələrini açıqladı

Bank “BTB” maliyyə nəticələrini açıqladı

Müştərilərə verilən kreditləri kəskin artıran Bank "BTB” 2019-cu ilin 9 ayını 4 milyon manata yaxın xalis mənfəət ilə bağlayıb.

Bank "BTB” ASC maliyyə göstəricilərində müşahidə olunan müsbət dəyişiklikləri qeyd edərək, 3-cü rüb üçün maliyyə göstəricilərini açıqlayıb.

Bank 2019-cu ilin 9 ayını (yanvar-sentyabr) 4 milyon manata yaxın xalis mənfəət ilə başa vurub. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə Bankın xalis mənfəəti 1 milyon 817 min manat və ya 83 % artıb. Nəticədə Bank "BTB” 2019-cu ilin 9 ayını 3 milyon 999 min manat xalis mənfəətlə başa vurub.

Bank BTB-nin faiz gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 121 min manat artaraq 16 milyon 25 min manat, qeyri-faiz gəlirləri isə 4 milyon 608 min manat təşkil edib.

2019-cu ilin 9 ayının nəticələrinə əsasən Bank "BTB” ASC-nin aktivləri 311 milyon 957 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.03 %-ə yaxın artım deməkdir.

Qeyd edək ki, dövr ərzində əmanətlərdə 3% artım qeydə alınıb və nəticə etibarilə əmanət portfeli 119 milyon 549 min manatadək yüksəlib.

2019-cu ilin növbəti rübü üçün digər müsbət göstərici bank müştərilərinin sayının 24% artmasıdır.

 

Bankın məlumatında bildirilir ki, daim müştərilərinə sərfəli şərtlərlə kreditləşmə imkanı təqdim edən Bank "BTB", yanvar-sentyabr 2019-cu il tarixləri arasında müştərilərinə kredit verməkdə davam etmiş və nəticə etibarilə dövr ərzində kredit portfelini 23% artıraraq ümumi kredit portfelini 217 milyon 675 min AZN-dək yüksəltmişdir.

"Yeni inkişaf strategiyasına əsasən Bank BTB müştərilərə rəqabət qabiliyyətli məhsullar təklif etməklə istehlak, mikro və KOS sahəsində payını daha da artıraraq, bazarda öz mövqeyini gücləndirmək üzərində çalışır".

Bank BTB korporativ bankçılıq sahəsində də fəaliyyət dairəsini genişləndirməkdə davam edir. Belə ki, bank fiziki şəxslərlə yanaşı, korporativ müştərilərinə təqdim etdiyi xidmət və məhsulların çeşidi genişləndirərək, bir çox əməliyyatların dövriyyəsinin artmasına da müsbət təsir göstərmişdir. Statistikaya əsasən, son 9 ay ərzində Bank BTB-nin bütün növ ödəniş kartları üzrə ümumi dövriyyəsi 98 milyon AZN (keçən ilin eyni dövri ilə müqayisədə 59,4 % artım) həcmini ötüb.

Qeyd olunan görstəricilərlə yanaşı Bankın açıqladığı maliyyə hesabatına əsasən ani likvidlik əmsalı 3-cü rüb ərzində 7% artaraq 53%-ə çatmışdır.

Bankın ən əsas "aktivləri", yəni Bank BTB-nin işçilərinin sayı ilin əvvəlindən 8% artmışdır. Bu, bankın yeni strateji inkişaf planına uyğun olaraq komandanın böyüməsinin göstəricisdir.


OXŞAR XƏBƏRLƏR

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...