Bank BTB karantin günlərində müştərilərin xidmətindədir.

Bank BTB karantin günlərində müştərilərin xidmətindədir.
 

Bildiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 21 iyun – 5 iyul tarixləri arasında ölkə ərazisində karantin rejimi sərtləşdirilib. Xüsusi karantin rejiminin davam etdiyi günlərdə yalnız fəaliyyətinə icazə verilən sahələr əhaliyə xidmət edir.

Qeyd edək ki, fəaliyyət icazəsi olan sahələr sırasında Maliyyə təşkilatları üzrə Bank sektoru da gücləndirilmiş karantin rejimi çərçivəsində fəaliyyətinə davam edir.

Əhali ilə birbaşa təmasda olan banklar, xüsusilə onların filialları Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizədə aparılan tədbirlərə xüsusi riayət edir. Məqsəd paytaxt şəhər və bölgələrdə əhaliyə mütəmadi maliyyə xidmətlərinin göstərilməsi, bank xidmətlərindən fasiləsiz, tələb olduğu anda əlçatanlığın təmin edilməsidir.

Bank BTB də öz növbəsində koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması məqsədilə istər işçilər, istərsə də, müştərilərə münasibətdə xüsusi karantin qaydalarına ciddi əməl edir. Belə ki, müştərilər və əməkdaşlar maska və spirt məhlulu ilə təmin olunur, bədən hərarəti ölçülür, müştərilərə xidmətdə sosial məsafə və növbəlilik prinsipi əsas tutulur, eləcə də əməkdaşların iş rejimində məsafədən fəaliyyətə məhdudiyyət qoyulmur. Bunlarla yanaşı, Bank BTB-nin təklif etdiyi onlayn xidmətlər imkan yaradır ki, müştərilər banka gəlmədən kredit üzrə ödənişlərin edilməsi, əmanət üzrə vəsaitin artırılması, plastik kart və cari hesab balansına vəsaitlərin mədaxili, depozit, kart və cari balans üzrə hesaba nəzarət edilməsi və digər bir çox bank əməliyyatlarını rahatlıqla həyata keçirsinlər.
Məlumat üçün bildirək ki, Bank BTB onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/), 055 3000 946 WhatsApp (//wa.me/994553000946)  nömrəsi, eləcə də (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı ilə həftəiçi 5 gün müştərilərin xidmətindədir.

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...