Bank BTB “Hər kəsə sərfəli kart” kampaniyasına start verir
11:20 / 11.03.2020
3798
Bank BTB nağdsız əməliyyatlara üstünlük verən şəxslər üçün "Hər kəsə sərfəli
kart” kampaniyasına start verir. Belə ki, kampaniya çərçivəsində müştərilər 1 illik Visa
Classic kartlarını cəmi 5 AZN-ə əldə edəcəklər. Kartlar bütün müştərilərə heç bir
məhdudiyyət qoyulmadan təqdim olunur.
Bank BTB-nin satış nöqtələrinə yaxınlaşmaqla vaxt itirmədən, sürətli və rahat
şəkildə Visa Classic kartlarını əldə edə bilərsiniz. Kampaniya 11 Aprel 2020-ci il
tarixinədək davam edəcək. Onu da qeyd edək ki, təmassız ödəniş funksiyasına malik olan
kartlar AZN valyutalıdır. Bu kartları əldə etməklə Siz dünyanın istənilən nöqtəsində
nağdsız əməliyyatlar apara, həmçinin, rəsmi saytımızda yerləşən onlayn ödəniş səhifəsi,
ödəmə terminalları, eləcə də, bankın filial və şöbələrindən vəsaitinizi artıra biləcəksiniz.
Kartlarda 3D Secure xidmətinin olması da ölkə daxilində və xaricində sərtfəli tariflərlə
nağdlaşdırma aparmanıza imkan yaradacaq.
"Hər kəsə sərfəli kart” kampaniyası ilə bağlı sualı olan müştərilər Bank BTB-nin
onlayn müraciət kanalları olan Facebook ( www.facebook.com/bankbtb ) və Instagram
( www.instagram.com/bankbtb/ ) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp
(//wa.me/994553000946"> //wa.me/994553000946 ) nömrəsinə müraciət edə bilərlər. Həmçinin, bu və digər
məhsul və kampaniyalarımız haqqında (012) 946 nömrəli Məlumat mərkəzindən və
www.btb.az rəsmi saytından məlumat əldə edə bilərsiniz.