"Bank BTB" 2020-ci ilin I yarımili üzrə nəticələri açıqlayıb

 

Cari ilin ilk yarımillik nəticələrinə əsasən "Bank BTB” ASC-nin aktivləri 360 161,8 min manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 56 389,3 min manat, yəni 18,5% artım deməkdir.

Həmçinin, qeyd edilən hesabat dövrü ərzində "Bank BTB"nin kredit portfelində də artım müşahidə olunur. Belə ki, kredit portfeli üzrə göstərici 235,2 min manata çatıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19%-a yaxın artım deməkdir.

İkinci rübün nəticələrinə əsasən "Bank BTB-nin depozit portfeli 134 437 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (116 622 min manat) 15%-ə yaxın artım deməkdir. Depozit portfelinin artımı Bankın dayanıqlı inkişafını və müsbət imicini əks etdirərək müştərilərimiz tərəfindən yüksək etimadın olmasını vurğulayır.

2020-ci ilin yanvar-iyun dövrü ərzində "Bank BTB"nin cəmi gəlirləri 16 522 min manat, cəmi xərcləri 15 306 min manat təşkil edib. İkinci rübün yekununda bankın əməliyyat mənfəəti 1 216,2 min manat təşkil etmişdir.

30.06.2020-ci il tarixinə Bankın məcmu kapitalı bankların kapital tələbinə tam cavab verərək 61 108,7 min manat təşkil edib.

Qeyd edək ki, hal-hazırda "Bank BTB” 14 xidmət nöqtəsilə təmsil olunur. "Bank BTB" müştərilərə daha səmərəli xidmət göstərmək məqsədilə xidmət nöqtələrinin təkmilləşdirmə layihəsini də davam etdirir, xidmət nöqtələri yeni korporativ üslubda təmir olunaraq fəaliyyət göstərir.

Bank xidmətləri haqqında məlumatı Facebook (www.facebook.com/bankbtb)  və Instagram (www.instagram.com/bankbtb/) səhifələrindən, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946)  nömrəsindən əldə edə bilərsiniz. Həmçinin, (012) 946 nömrəli məlumat mərkəzi və bankın www.btb.az rəsmi internet səhifəsi də həftəiçi 5 gün xidmətinizdədir.

OXŞAR XƏBƏRLƏR

Ekspert: “SOCAR nəinki yerli, hətta beynəlxalq layihələri də icra etməyə qadirdir”

Avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimi baş tutub. Bu dayaq bloku SOCA...

Avqustun 12-də dolların manata qarşı məzənnəsi

  Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb. Mərkəzi Bankdan Sfera.az-a verilən məlumata görə, 12.08.2020-ci il ta...

Azərbaycan nefti bahalaşıb

  Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,34 ABŞ dolları və ya 0...

Ekspert: "SOCAR “Qarabağ” yatağını işlətməyə texnoloji baxımdan qadirdir"

  Ötən gün ölkə başçısının iştirakı ilə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda "Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimi...

Azərbaycanda gümüşün qiyməti 50 manata yaxınlaşır

  Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə ucuzlaşıb. Sfera.az xəbər verir ki, avqustun 11-də qızılın qiyməti avqustun 10-u ilə müqayisədə 18,4535 manat (...

Azərbaycan Beynəlxalq Bankı FICOSiron® proqramının tətbiqini başa çatdırdı

  Azərbaycan Beynəlxalq Bankı çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində daha bir qabaqcıl yeniliyə imza ...