“Bandotdel” Bakıda əməliyyat keçirdi: saxlanılanlar var - FOTOLAR

“Bandotdel” Bakıda əməliyyat keçirdi: saxlanılanlar var - FOTOLAR
 

Ölkənin bank sektoruna qarşı kiber cinayətlər törətməkdə təqsirli bilinən Bolqarıstan Respublikasının vətəndaşları saxlanılıb.


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbir zamanı ölkə ərazisində bank sektoruna qarşı kiber cinayətlər törətməkdə təqsirli bilinən Bolqarıstan Respublikasının vətəndaşları Stoychev Marian Nikolov və Mladenov Vladislav Tsvetanov Bakı şəhəri ərazisində saxlanılıblar.

Araşdırma zamanı müəyyən olunub ki, adları çəkilən şəxslər kibercinayətkarlıqda istifadə olunan xüsusi qurğular, eləcə də mikrosxemlər və digər ləvazimatlar vasitəsi ilə paytaxt ərazisində müxtəlif banklara məxsus bankomatlara müdaxilələr ediblər. Cari ilin fevral və mart aylarında ölkəmizə gələn qrup üzvləri əvvəlcədən hazırladıqları plana əsasən bankomat aparatlarına müdaxilələr edərək külli miqdarda pul vəsaitlərini mənimsəməyə cəhd göstəriblər. Onlar bankomat aparatlarının kart oxuyucu hissəsinə xüsusi qurğular yerləşdirərək bu yolla müştərilərə məxsus kartların PİN kodları barədə məlumatları əldə ediblər və kartların qeydiyyatını aparıblar.

Saxlanılan şəxslər ifadələrində bildiriblər ki, kart məlumatlarını tam və hərtərəfli öyrəndikdən sonra hesablardakı pulları transmilli mütəşəkkil cinayətkar dəstənin Avropa ölkələrindəki digər üzvləri ilə birgə xarici banklarda saxta sənədlər

əsasında açdıqları hesablara köçürəcəkmişlər. Lakin Baş İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qrup üzvlərinin bu cinayətinin qarşısı vaxtında alınıb.

Həmin şəxslərin paytaxt ərazisində kirayə yaşadığı mənzilə baxış zamanı çoxsaylı elektron məlumat daşıyıcıları, bank kartlarından məlumatları ələ keçirmək üçün qurğular, bankomatlara quraşdırılması nəzərdə tutulmuş xüsusi avadanlıqlar, noutbuklar, müdaxilə etdikləri bankomatların yerləşdiyi ərazilərin siyahısı və sxemləri, eləcə də sair maddi sübutlar aşkar olunaraq götürülüb. Qrup üzvləri bankomatlara müdaxilələr etmək üçün əldə etdikləri xüsusi qurğuları ətrafdakı insanlarda şübhə oyatmamaq üçün daim özləri ilə gəzdirdikləri səsgücləndiricinin içində gizlədiblər.

Qeyd edək ki, Baş İdarədə Marian Stoychev və Vladislav Mladenovun paytaxt ərazisindəki bütün hərəkət trayektoriyaları, müdaxilə etdikləri bankomatlar və əlaqədə olduqları şəxslərin əhatə dairəsi hərtərəfli araşdırılıb.

Faktla bağlı Azərbaycan Respublikası CM-nin 272.3, 177.2.3-1 və 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edilməklə törədilən oğurluq, kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılaraq M.Stoychev və V.Mladenov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Transmilli mütəşəkkil cinayətkar şəbəkənin Avropa ölkələrindəki əlaqələrinin müəyyən olunması, həmçinin saxlanılan şəxlərin digər cinayət əməllərinin aşkar edilməsi istiqamətində müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

(axeber)

OXŞAR XƏBƏRLƏR

Qubad İbadoğlu ilə bağlı yekun ittiham aktı ELAN EDİLDİ

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır.   Bu barədə Sfera.az-a onun vəkili...

"Valideynlər "Məktəblinin dostu"ndan tam razıdırlar" - Azər Abizadə

"Aparılan sorğuya görə, valideynlər "Məktəblinin dostu"ndan (MD) tam razıdırlar". Sfera.az xəbər verir ki, bunu elm və təhsil nazirinin...

Rüstəm Ağayev "Məktəblinin dostu” layihəsinin məqsədini AÇIQLADI 

"“Məktəblinin dostu” layihəsinin məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi, ...

Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

Kapital Bank-dan digər banklarda nağd kredit və kredit kartı olan müştərilərə müjdə!   Xəbər verdiyimiz kimi Kapital Bank digər banklarda kredit öhdə...

"Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair tədbir keçirilir - FOTOLAR

Elm və Təhsil Nazirliyinin "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair tədbir keçirilir.   Sfera.az xəbər verir ki, tədbirdə elm və t...

Rusiya səfiri Almaniya XİN-ə ÇAĞIRILDI

Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az AFP-yə istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin s...