Banan yeyib qol vurdu – Video

Banan yeyib qol vurdu – Video

Argentina çempionatının son turu çərçivəsində keçirilən "Rasinq" - "İndependyente" (1:0) matçında maraqlı hadisə yaşanıb. 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, ev sahibinin futbolçusu Marselo Dias fasilə zamanı yemək yeməyə vaxt tapa bilmədiyindən oyun zamanı qidalanıb. 

Belə ki, argentinalı yarımmüdafiəçi matçın gedişində meydanda banan yeyib. O, eyni zamanda cərimə zərbəsini də yerinə yetirib. Görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub. Eyni zamanda, çoxları onun oyun qaydalarını pozduğunu düşünüb. 

Qeyd edək ki, matçın yeganə qolunu məhz Marselo Dias vurub. O, 85-ci dəqiqədə rəqib qapısına yol tapmağı bacarıb. (yeni sabah)



OXŞAR XƏBƏRLƏR