Baloğlan Əşrəfovun koronavirusa yoluxduğu veriliş hədəfdə – “Niyə hamı bir mikrafondan istifadə edib?”
11:34 / 27.04.2021
2983
Xəbər verdiyimiz kimi, ötən gecə əməkdar
artist Baloğlan Əşrəfov koronavirusdan dünyasını dəyişib.
Bundan öncə sənətçi televiziya kanallarının
müğənnilərin səhhətindən xəbəri olmadan efirə dəvət etməsindən danışmışdı:
"Verilişlərə müğənnilərin hamısını çağırırlar. Bilmirlər hansı xəstədir,
hansı sağlamdır. Hər kəsə eyni mikrofonu verirlər. Hamı bir mikrofondan istifadə
edir. Çöldə maskalı gəzirlər, amma içəridə maskasız”.
Maraqlıdır ki, dünyanın əksər ölkələrində
efirlərə dəvət edilən qonaqlar maskadan istifadə edir, sosial məsafə qorunur və
digər başqa qaydalara əməl edilir. Bizdə isə, adətən tam əksi müşahidə edilir.
"Yaxşı olardı ki, televiziyalarda çıxış edənlər
qapalı məkan olduğu üçün orda maska ilə otursunlar. Digər tərəfdən bir-birinə
ötürülən mikrofondan istifadə etmək qətiyyən olmaz. Efirə çağırılan qonaqlar fərdi
mikrofonlardan istifadə edilməlidirlər.
Həmçinin hər qonaqdan əvvəl mikrofonların
spirt əsaslı dezinfeksiyaedici məhlullarla üstünün silinib təmizlənməsi önəmlidir.
Bu şərtlərə əməl etməklə nələrəsə nail ola bilərik”.
Müsahibimiz bildirib ki, bizdə əksinə, televiziyalara
dəvət edilən şəxslər maskasız oturur və eyni mikrofondan istifadə edirlər: "Təbii ki, insan nəfəs alanda mikrofonun üstünə
təzəcə enmiş su qabarcıqlarını tənəffüs yoluna çəkərək virusa yoluxa bilər.
Eyni zamanda televiziya kanalına dəvət edilən bir qonağın xəstə olması kifayətdir
ki, digərləri də yoluxsun. Bu baxımdan qapalı mühitdə karantin davranışlarına əməl
etmək mühüm şərtdir”.