Balakəndə koronavirus xəstəsinə cinayət işi başlanıldı

Balakəndə koronavirus xəstəsinə cinayət işi başlanıldı
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, rayonun Qazma kənd sakini Anar Bodurovun "COVID-19” testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və karantin qaydaları izah olunub.

Buna baxmayaraq, həmin şəxs qaydaları kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları onunla profilaktik söhbətlər aparıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarıblar.

A.Bodurov barəsində Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

O gün gəlmişdi... - VİDEO

Türkiyənin TRT televiyası türk dünyasının şəhərləri silsiləsindən olan verilişinin bu həftəki buraxılışını Şuşaya həsr edib. Sfera.az xəbər verir ki, proq...

“BakuBus”la bağlı yeni qərarlar verildi

Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus "BakuBus” MMC-nin Müşahidə Şurasının iclası keçirilib. Sfera.az BNA-ya istinadən xəbər verir ki, iqtisadiyyat nazi...

Heydər Əliyev Fondu ilə UNİSEF arasında memorandum

Heydər Əliyev Fondu ilə BMT-nin Uşaq Fondu (UNİSEF) arasında növbəti Anlaşma Memorandumu imzalanıb. Sfera.az xəbər verir ki, memorandum 2025-ci ilin sonun...

Şəhidlərin ailələrinə bu ödənişlər veriləcək - Nazir açıqladı

Noyabrın 30-da helikopter qəzasında həlak olan hərbçilərin ailələri sosial dəstək tədbirləri ilə əhatə olunacaq. Sfera.az xəbər verir ki, bunu əmək və əha...

Helikopter qəzasında həlak olan hərbçilərə ŞƏHİD statusu verildi

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərimizə şəhid statusu verilib. Sfera.az xəbər v...

Azərbaycanda vəzifəli şəxs işdən azad edildi - FOTO

Göyçay rayon Mərkəzi Xəstəxanasının direktoru işdən azad olunub. Sfera.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Elçin Bilal...