\"Baku Steel Company\" rəhbərinin İstanbulda 420 mənzili var – Kirayə pullarını yeddi menecer toplayırmış

\
"Baku Steel Company"nin rəhbəri Rasim Məmmədov İstanbulda 400-dən çox mənzilə sahibdir".

Sfera.az xəbər verir ki, bu barədə məlumatı R.Məmmədovun qanunsuz fəaliyyətindən ziyan çəkmiş iş adamı Nazim Bəydəmirli öz "Facebook" səhifəsində paylaşıb. İş adamı bu barədə faktların hələ bir neçə ay əvvəl açıqlandığını qeyd edib:
 
"Mənə İstanbuldan xəbər verirlər ki, Rasim Məmmədovun bu şəhərdə ən bahalı yerlərdə olan mənzillərinin kirayə pullarını yığan xanım şok faktlar haqqda hələ 3-4 ay öncə bəhs edib. Xanım danışırmış ki, onun keysində (portfelində) 65 dairə var, kirayə haqqları yerinə görə 6 min tl-dən 25 min tl-yə qədər dəyişirmiş. Xanımın etirafına görə, onun kimi "kirayə pulu yığan" menecerlərin sayı 7-8 nəfər olar ki, onlar hamısı babat xidmət haqqı alırlarmış. 7 nəfər, hərəsinə 60 mənzil, bu da edir 420 mənzil...

"iRasim" elə-belə "iRasim" deyilmiş, əməlli başlı oliqarx imiş. Əmin olun ki, metallurgiyada hansı pulların dövriyyədə olmasından mən kifayət qədər məlumatlıyam və bu söhbətlər reallığa çox yaxındır".

Xatırladaq ki, "Baku Steel Company"nin rəhbəri  Rasim Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub. Məhkəmə vəsatəti təmin edib və Rasim Məmmədov barəsində 4 ay həbs qətimkan tədbiri seçilib".
 
Sfera.az
İnci
 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...