Baku Electronics-dən şikayət var: “Notebook aldım, amma...”

Baku Electronics-dən şikayət var: “Notebook aldım, amma...”

Günay Məsimzadə Baku Electronicsdən şikayətçidir.

 

 

Sfera.az xanım istifadəçinin şikayətini təqdim edir: "Şikayətim Baku Electronics mağazalar şəbəkəsindəndir. 8 aydır mənim məsələmə nə mağazanın özü, nə də başqa bir yer baxmır. Avqust ayının 26-sı sözügedən dükandanların birindən3200 manatlıq notebook aldım. Amma nə montaj proqramı, nə də dizayn proqramı normal işləmədi. Bundan əlavə, kompyuter durduq yerdə iki dəfə ekran qaralması ilə söndü (batareyası da çox zəifdir).”


Nöqsanları üzə çıxan kompyuteri aldığı dükana qaytarmaq istəyən Günay Məsimzadə gözləmədiyi problemlər və süründürməçiliklə qarşılaşdığını vurğulayır:

"Sadalanan problemlərə görə, 14 gün sonra kompyuteri qaytarmaq istədim. Qaytarmadılar. Dedilər, servis baxsın, sonra. Kompyuteri servisə yolladılar, ordan da dedilər ki, problem həll olundu, amma yenə eyni problemlərlə üz-üzə qaldım. 14 gün bitdikdən sonra da kompyüteri geri götürməkdən imtina etdilər. Hər dəfə bir servisə yolladılar məni.

 

Servislərddən birində kompyuterin diaqnostikası üçün 40 gün vaxt istədilər. Bu vaxt ərzində mənə nə əvəzedici verdilər, nə də krediti dondurdular. Sonda servis də akt verdi ki, problemi yoxdur. Halbuki, servisdə kompyuteri işə salıb problemin nədə olduğunu əyani surətdə ustalara göstərmişddim. Amma ustalar mənə deyir ki, bu problem deyil, proqramların da hamısı orjinal və lisenziyalıdır. "


Nöqsanların aradan qaldırılmadığını, üstəlik ondan əlavə haqq tələb edildiyini dilə gətirən şikayətçi, fikrini belə tamamlayır:

"İndi də dükandan bildirirlər ki, ödənişdən 30% tutmaqla kompyuteri geri götürə, yaxud dəyişə bilərik. 30% isə 960 manat edir. Yəni, gördüyünüz kimi, heç kim, heç bir halda mənim məsələmə baxmır.”

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...