Bakıya gələn aktyor Sarp: \"Arvadımın başqası ilə öpüşməyini niyə qısqanım?\" - MÜSAHİBƏ

Bakıya gələn aktyor Sarp: \
Türkiyəli aktyor Sarp Levendoğlu Türk Film Həftəsi çərçivəsində Bakıya gəlib.

Aktyorun BiG.AZ-a olan müsahibəsini təqdim edirik:

Serialın çəkilişlərinə nə vaxt start veriləcək?

-Artıq serialın çəkilişlərinə başlamışıq. "Esaretin bedeli” serialı efirdə yayımlanacaq. Baş rollarda Engin Akyüreklə Fahriye Evcen oynayır. Haqsız yerə həbsdə yatan bir şəxsin həyatından bəhs edib. O, intiqam hissi ilə yaşayacaq. Mən burada mənfi obrazı canlandıracağam . 

İlk dəfədir ki, mənfi obraz canlandırırsınız?

- Əslində, mənfi demək istəməzdim, sadəcə həyat insanları bəzən səhvlər etməyə sövq edir. Dolayısı ilə serilada istədiyini qazanmağa iddialı və sərt rolu ifa edəcəyəm. 

Deyilənə görə, serialda əslində Fahriye Evcendən əvvəl Serenay Sarıkaya rol almalı imiş?

-Bu barədə məlumatım yoxdur. Çəkildiyim seriala 3 həftə əvvəl dəvət almışam. Bundan əvvəl Fahriyenin yerinə Serenayın çağırılmasını bilmirəm.

Real həyatda, yoxsa filmdə rola girmək çətindir?

-Filmdə rola girmək daha asandır. Real həyatda olduğum kimi davranıram.

İndi çəkilən türk filmlər olduqca romatikdir, reallıqdan çox uzaqdır. Bunun insanlara təsiri olurmu?

-Bu serialların insanların həyatına mənfi istiqamətdə təsir edə biləcəyini düşünmürəm. Şəxsən mən hər hansı filmə və ya seriala baxdıqdan sonra özümü oradakı qəhrəmanların yerinə qoymuram və izlədiyim filmlərdə həyatla bağlı heç nə öyrənmədim. Həyatı küçədə yaşayaraq öyrənirsən, ona görə də sosial şəbəkə və virtual aləmi heç zaman ciddi qəbul etmədim. Əksinə, onlar insanı real həyatdan uzaqlaşdırır. Bunun əvəzinə insanlar küçəyə çıxsın, ünsiyyət qursun və çoxlu kitab oxusunlar. Əlbəttə ki, biz həyatdan götürülmüş real qəhrəmanları canlandırırıq. Amma həyatı televiziyaya baxaraq öyrənmək olmaz. Seriallarda sevgi hekayələri çoxluq təşkil edir. RTÜK qurumu istədiyimiz mövzuda seriallar çəkməyə icazə vermir.

Həyat yoldaşınız Birce Akalay da aktrisadır, və rolu ilə əlaqədar olaraq filmlərdə öpüşür və ya açıq-saçıq səhnələrə çəkilir. Onu qısqanırsınızmı?

-Niyə qısqanım. İkimiz də, bu peşəylə məşğuluq, işimizi görürük. Mən televizora baxmıram, hətta özümə belə baxmağa vaxtım olmur.

Həyat yoldaşınızla eyni iekran işində yenidən rol almaq istəyərdiniz?

-Aktrisa ilə evli olan hər bir aktyor onunla birgə yeni serialda rol almaq istəyər. Həyat yoldaşım Birce Akalay çox yaxşı aktrisadır və onunla işləmək rahatdır. Onunla yenidən filmə çəkilmək dəvət olunsa, böyük məmnuniyyətlə qəbul edərəm.

Çəkildiyi seriala baxırsınız? Ayırılma xəbərləriniz çıxır tez tez

-Mən etiraf edirəm ki, televizora baxmıram. Bircenin də rol aldığı serialları izləmirəm. Haqqımızda boş xəbərlər yayıldı, öyrəşmişik. Biz boşanmaq barədə yazılan məlumatları ciddi qəbul etmirik.

Stressi necə atırsınız?

- Boş vaxtım olan kimi onu idmana sərf edirəm.
 


OXŞAR XƏBƏRLƏR