Bakıya gələcək məşhur məşqçi illər sonra saxladığı sirri açıqladı - FOTO

Bakıya gələcək məşhur məşqçi illər sonra saxladığı sirri açıqladı - FOTO

Uels millisinin baş məşqçisi Rayan Qiqz xarici görünüşündə dəyişiklik edib.

Sfera.az xəbər verir ki, 46 yaşlı mütəxəssis İngiltərədə klinikaların birində saç əkdirib.

O, klinikanın "Youtube” səhifəsinə verdiyi açıqlamasında bildirib ki, hələ "Mançester Yunayted”də çıxış etdiyi 24 il ərzində saçları tökülməyə başlayıb. Qiqz futbolun çox stresli oyun növü olduğunu və saçlarının da bu səbəbdən töküldüyünü bildirib.

O, ilk dəfə saçlarının töküldüyünü 2003-cü ildə səfərdə "Liverpul” üzərində qələbə (2:1) qazanarkən anlayıb. Həmin vaxt iki qol vurmuş Qiqz qələbəni qeyd edərkən sinif yoldaşları onunla bu barədə zarafat edərkən başa düşüb.(oxu.az)

Bundan sonra 2009-cu ildən klinikanın məsləhəti ilə Rayan lazer, losyon və xüsusi şampunlardan istifadə edib. O, İngiltərə millisinin kriket üzrə sabiq kapitanı Maykl Vonla birgə müalicə alıb.

Lakin o, futbolçu olduğu vaxt bunu açıqlaya bilmədiyini bildirib. Çünki onda media tərəfindən təzyiq altında olduqlarını və kişilərin o vaxt çox da saç əkdirmədiklərini bildirib. Onu da bildirək ki, 2011-ci ildə "Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runinin saç əkdirdiyi ictimaiyyətə bəlli olmuşdu.

 

Qeyd edək ki, Uels millisi A qrupunda İtaliya, İsveçrə və Türkiyə ilə mübarizə aparacaq.

Britaniyalılar italyanlarla Romada, digər rəqibləri ilə Bakıda üz-üzə gələcək.


OXŞAR XƏBƏRLƏR