Bakıya film çəkməyə gələn çilili rejissor vəfat etdi
13:45 / 01.07.2019
2941
Çili rejissoru Sebastian Alarkon vəfat edib.
Bu barədə rejissorun keçmiş həyat yoldaşı Tatyana Yakovleva xəbər verib. S. Alarkon xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, SSRİ-yə oxumağa gəlib və 1973-cü ildə Çilidə baş verən çevrilişdən sonra Rusiyada yaşayıb. S. Alarkon 16 film çəkib.
Qeyd edək ki, onun "Çili üzərində gecə" və nobelli yazıçı Mario Varqas Lyosanın "Şəhər və itlər" romanı əsasında ekranlaşdırdığı "Yaquar" filmlərinin bəzi hissələri Bakıda çəkilib. (APA)