Bakının məşhur otelində karantin qaydaları belə pozuldu - FOTO-VİDEO

Bakının məşhur otelində karantin qaydaları belə pozuldu - FOTO-VİDEO
 Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə Bakı başda olmaqla 16 şəhər və rayonda xüsusi karantin rejiminin müddəti uzadılsa da, müəyyən qadağalar tətbiq edilsə də, paytaxtın mərkəzində buna əməl etməyənlər də var.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, iyulun 2-dən Nazirlər Kabineti Yanında Operativ Qərargah 16 şəhər və rayonda xüsusi karantin rejiminin iyulun 20-dək uzadılmasına dair qərarı rəsmən açıqlasa da, "Fairmont Baku" hoteli müştərilərinə çağırış edərək, "Həftəsonunu bizimlə birgə keçirin" müraciətini edib.
 
Virusun qarşısını alınması məqsədilə hotellərdə hovuz və restoranların fəaliyyəti qanunla qadağan olunsa da, "Fairmont Baku" buna əməl etməyib. Maraqlıdır ki, istirahət üçün hovuza üz tutanlar arasında tanınmış simalar da var.

Belə ki, aparıcı Mələk Heydərova da həmin məkana üz tutan şəxslər arasında olub. O, "Fairmont Baku"nun hovuzu kənarında çəkilmiş fotolarını şəxsi instaqram hesabında paylaşıb. Onun bu addımı heç də birmənalı qarşılanmayıb.
 
 
Sosial şəbəkələrdə yayılan görüntülərdən açıq-aşkar aydın olur ki, istirahət üçün hotelə üz tutan şəxslər sosial məsafəyə əməl etməməklə öz həyatlarını riskə atmaqla yanaşı, virusun yayılması üçün böyük təhlükəyə səbəb olublar.

Qeyd edək ki, son vaxtlar Azərbaycanda koronavirusa yoluxanların gündəlik sayı 500-dən aşağı düşmür. Bunun nəticəsində əvvəllər 10 nəfərin bir yerə toplaşması qadağan idisə, son qərarda bu say 5-ə endiriib. Bundan başqa son günlərdə xüsusi karantin rejiminin pozulmasına nəzarət gücləndirilib. Bunun nəticəsində kifayət qədər xüsusi karantin rejimini pozan şəxslər aşkar edilərək müvafiq qaydada məsuliyyətə cəlb olunublar.
 


 
Qeyd edək ki, demokrat.az saytı da oteldən görüntüllər yayımlayıb. Həmin fotoları təqdim edirik.


OXŞAR XƏBƏRLƏR

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...