Bakının mərkəzində ucuz şou - onlar nə istəyir?

Bakının mərkəzində ucuz şou - onlar nə istəyir?
Dünyada ən müqəddəs duyğu Vətən uğrunda Şəhid olmaqdır. Boya-başa çatdığın torpağın müqəddəsliyini hiss edib yolunda canından keçmək sözsüz ki, ən müqəddəs bir hissdir. 44 günlük Qarabağ müharibəsində yaşanalar da bunu bir daha sübut etdi. Minlərlə azərbaycanlı torpaqlarının azad olunması uğrunda döyüşdü, qan tökdü, şəhid verdi. Və nəticə əldə etdi. Təəssüflər ki, Azərbaycan xalqı həmin müharibədən sonra yenə də şəhidlər verməli olur.

Söhbət Qaraheybətdə hərbi təlimlər zamanı şəhid olan pilot hərbçilərimizdən gedir. Bu gün də Azərbaycan xalqı şəhidlərini son mənzilə saldı. Təəssüflər olsun ki, minlərlə insanın hərbi təlimlər zamanı şəhid olan hərbçiləri ilə vida mərasimi keçirdiyi saatlarda bir qrup insan şəhərin mərkəzində, insanların sıx toplaşdığı məkanda icazəsiz etiraz askiyası keçirməyə, qarşıdurma yaratmağa cəhd göstərib. Belə bir müqəddəs gündə aksiya keçirmək sözsüz ki, həmin şəhidlərin xatirəsinə hərmətsizlikdən başqa bir şey deyil. Həbsdə olan AXCP fəalı Saleh Rüstəmovun azad olunması tələbi ilə keçirilən icazəsiz aksiya ilə diqqəti cəlb etmək istəyənlərin məqsədi bəllidir. Qarşıdurma və gərginlik yaratmaq.

S.Rüstəmov AXC-Müsavat hakimiyyəti dövründə icra başçısı olub, Heydər Əliyev hakimiyyətə gələndən sonra Moskvaya qaçıb və orada müxalifətin qeyri-rəsmi "kassiri" rolunu oynayıb.  Böyük ehtimalla, onun bu fəaliyyətin Rusiyadakı i təhlükəsizlik orqanlarının nəzarəti altında olub. Çünki sonuncu dəfə o, AXCP-yə vermək üçün Azərbaycana qanunsuz yolla 450 min dollar keçirib. Həmin məbləğ Moskvada bazarlarda toplanıb və onu kurasiya edən orqanların xəbəri olmadan bu qədər vəsaiti toplamaq mümkün deyil. Söhbət xarici ölkədəki kuratorların nəzarəti altında çirkli pulların başqa ölkənin müxalifətinə ötürməkdən gedir - bu, çirkli pulların yuyulmasıdır. Və bu mövzuya "həssas" yanaşan kollektiv Qərbdəki dairələrinin bu faktla "maraqlanmaması" olduqca qəribədir.

Birincisi odur ki, həbsdə olan şəxslə bağlı hələ məhkəmə qərarı yoxdur. Bu aksiya ilə də də məhkəməyə təzyiq göstərməyə çalışıldığı göz önündədir. İkincisi, etiraz aksiayası keçirmək üçün icazə olmalıdır. Və yaxud aksiyanı başqa bir yerdə də keçirmək də olardı. Görünən də odur ki, bu insanlar üçün müqəddəs bir hiss mövcud deyil. Hədəf və məramları heç də azadlığını tələb etdikləri insan deyil, gündəmdə qalmaq və diqqəti özünə cəlb etməkdir. Və anlamırlar ki, belə ucuz şoularla nəyəsə nail olmaq mümkün deyil.Dünyada ən müqəddəs duyğu Vətən uğrunda Şəhid olmaqdır. Boya-başa çatdığın torpağın müqəddəsliyini hiss edib yolunda canından keçmək sözsüz ki, ən müqəddəs bir hissdir. 44 günlük Qarabağ müharibəsində yaşanalar da bunu bir daha sübut etdi. Minlərlə azərbaycanlı torpaqlarının azad olunması uğrunda döyüşdü, qan tökdü, şəhid verdi. Və nəticə əldə etdi. Təəssüflər ki, Azərbaycan xalqı həmin müharibədən sonra yenə də şəhidlər verməli olur.

Söhbət Qaraheybətdə hərbi təlimlər zamanı şəhid olan pilot hərbçilərimizdən gedir. Bu gün də Azərbaycan xalqı şəhidlərini son mənzilə saldı. Təəssüflər olsun ki, minlərlə insanın hərbi təlimlər zamanı şəhid olan hərbçiləri ilə vida mərasimi keçirdiyi saatlarda bir qrup insan şəhərin mərkəzində, insanların sıx toplaşdığı məkanda icazəsiz etiraz askiyası keçirməyə, qarşıdurma yaratmağa cəhd göstərib. Belə bir müqəddəs gündə aksiya keçirmək sözsüz ki, həmin şəhidlərin xatirəsinə hərmətsizlikdən başqa bir şey deyil. Həbsdə olan AXCP fəalı Saleh Rüstəmovun azad olunması tələbi ilə keçirilən icazəsiz aksiya ilə diqqəti cəlb etmək istəyənlərin məqsədi bəllidir. Qarşıdurma və gərginlik yaratmaq.

S.Rüstəmov AXC-Müsavat hakimiyyəti dövründə icra başçısı olub, Heydər Əliyev hakimiyyətə gələndən sonra Moskvaya qaçıb və orada müxalifətin qeyri-rəsmi "kassiri" rolunu oynayıb.  Böyük ehtimalla, onun bu fəaliyyətin Rusiyadakı i təhlükəsizlik orqanlarının nəzarəti altında olub. Çünki sonuncu dəfə o, AXCP-yə vermək üçün Azərbaycana qanunsuz yolla 450 min dollar keçirib. Həmin məbləğ Moskvada bazarlarda toplanıb və onu kurasiya edən orqanların xəbəri olmadan bu qədər vəsaiti toplamaq mümkün deyil. Söhbət xarici ölkədəki kuratorların nəzarəti altında çirkli pulların başqa ölkənin müxalifətinə ötürməkdən gedir - bu, çirkli pulların yuyulmasıdır. Və bu mövzuya "həssas" yanaşan kollektiv Qərbdəki dairələrinin bu faktla "maraqlanmaması" olduqca qəribədir.

Birincisi odur ki, həbsdə olan şəxslə bağlı hələ məhkəmə qərarı yoxdur. Bu aksiya ilə də də məhkəməyə təzyiq göstərməyə çalışıldığı göz önündədir. İkincisi, etiraz aksiayası keçirmək üçün icazə olmalıdır. Və yaxud aksiyanı başqa bir yerdə də keçirmək də olardı. Görünən də odur ki, bu insanlar üçün müqəddəs bir hiss mövcud deyil. Hədəf və məramları heç də azadlığını tələb etdikləri insan deyil, gündəmdə qalmaq və diqqəti özünə cəlb etməkdir. Və anlamırlar ki, belə ucuz şoularla nəyəsə nail olmaq mümkün deyil.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Millət vəkili Könül Nurullayeva uşaq-gənclər inkişaf mərkəzlərinə baş çəkdi - FOTO

Milli Məclisin deputatı Könül Nurullayeva təmsil etdiyi Nizami rayonu ərazisində yerləşən 3 və 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzlərini ziyarət edib. D...

Azad edilən ərazilərdə yeni hərbi obyektlər istifadəyə verildi - FOTOLAR + VİDEO

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçuların döyüş haz...

Pekres Laçın dəhlizindən necə keçib? - Qarabağa qanunsuz səfər edən Fransa prezidentliyinə namizədlə bağlı şok faktlar

Xankəndinə qanunsuz səfəri ilə Azərbaycan ictimaiyyətinə adını mənfi mənada tanıtdırmağı bacaran Fransa prezidenliyinə namizəd Valeri Pekreslə bağlı maraqlı det...

Bakının bu rayonunda yaşayış binaları sökülür - FOTOLAR

Bakının Nizami rayonunda bəzi yaşayış binalarının sökülməsinə başlanılıb. Sfera.az xəbər verir ki, bunlar Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçə...

Azərbaycan Ordusunun bölük komandirləri ilə təlim toplanışları keçirildi - FOTOLAR + VİDEO

Təsdiq olunmuş döyüş hazırlığı planına əsasən hərbi hissələrdə bölük komandirləri ilə komandir hazırlığı toplanışları keçirilib. Bu barədə Sfera.az-a Müda...

Azərbaycan Ordusunun həlak olan hərbçisi Şəkidə dəfn edildi - FOTOLAR

Azərbaycan Ordusunun həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cavidan Məmmədli Şəki rayonunda dəfn edilib. Sfera.az xəbər verir ki, ...