Bakının mərkəzində tükürpərdən mənzərə: “kley” iyləyən uşaqlar - VİDEO/FOTOLAR

Bakının mərkəzində tükürpərdən mənzərə: “kley” iyləyən uşaqlar -  VİDEO/FOTOLAR

Sfera.az xəbər verir ki, Dünən axşam saatlarına Publika.az-ın əməkdaşı Bakının ən mərkəzi və gur küçələrindən birində -Şıxəli Qurbanov küçəsində insanı sarsıdan mənzərənin şahidi olub. Və təbii ki, bu dəhşətli görüntüləri kamerasının yaddaşına köçürüb.Sfera.az

 

Təqdim etdiyimiz videodan da göründüyü kimi, yaşları 11-15 arasında olan 3 oğlan və 1 qız küçənin ortasındaca toksikomanlıq edir: əllərində tutduqları qabda olan yapışqanı (kley) iyləyirlər.

 

Mənzərənin dəhşətli tərəflərindən biri də budur ki, onlar bunu nümayişkaranə şəkildə, heç kəsdən çəkinmədən, gizlənmədən edirlər. Ətrafdakılar isə bu vəziyyətə laqeyddirlər...

 

Yeri gəlmişkən, bu günlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının İşçi Qrupu azyaşlı uşaqlar arasında narkotik istifadəçilərinin olması barədə yayılan məlumatlara münasibət bildirib.

 

İşçi Qrupu bildirir ki, Səhiyyə Nazirliyinin rəsmi məlumatına görə, 31 dekabr 2014-cü il tarixinə Respublika Narkoloji Mərkəzində ölkə üzrə 28 656 nəfər narkotik istifadəçisi qeydə alınıb ki, onların da 1 nəfəri 14 yaşında, 5 nəfəri 15-17 yaşlarında, 1403 nəfəri 18-24 yaşlarında, 3999 nəfəri 25-29 yaşlarında, 4243 nəfəri 30-34 yaşlarında, 4377 nəfəri 35-39 yaşlarında, 3487 nəfəri 40-44 yaşlarında, 3053 nəfəri 45-49 yaşlarında, 2554 nəfəri 50-54 yaşlarında, 2221 nəfəri 55-59 yaşlarında, 2008 nəfəri 60-64 yaşlarında, 1305 nəfəri isə 65 yaşdan yuxarı olanlardır.

 

"Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəsmi olaraq bildirir ki, ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə, narkomanlığın yayılmasına qarşı görülən işlər, əhali, xüsusən yeniyetmə və gənclər arasında aparılan antinarkotik təbliğat barədə mütəmadi olaraq Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının rəsmi internet səhifəsində (nmdk.gov.az) məlumat verilir və vətəndaşlarımızdan xahiş edirik ki, bu sahədə onları maraqlandıran məsələlər barədə dövlətin rəsmi orqanlarına müraciət etsinlər", - məlumatda deyilir.